Bu gün:


Aeroport yolundakı dəhşətli qəzada yaralananlardan biri də öldü

Tarix: 20.10.2021 / 11:46  •   Oxundu: 150 dəfə  •  

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu bu gecə vəfat edib.

Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Suraxanı rayonunda “Mercedes” markalı yük avtomobili 171 saylı sərnişin avtobusuna çırpılaraq, onu aşırıb. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanmışdı