Onun cinayəti...
Tarix: 21.10.2021 / 15:26 •
Oxundu: 316 dəfə •
Özüdə bilmədən Şöhrət Quliyev "cinayət" törətmişdir!?
Onun "cinayəti" İş yerləri açıb yüzlərlə işsiz vətəndaşların yaşam tərzinin formalaşmasında, Əlillərin və Şəhid ailələrin maddi ehtiyaclarına rəsmi və qeyri-rəsmi formada qarşılaması, Dövlətini,Ailəsini, Vətəni sevməsidir.
O bilməmişdir ki, məmurların ironik ifadə etdikləri kimi "Burası Azərbaycandır". Yəni Azərbaycanda normal yaşamağın normal və toxunulmaz olmağın başlıca səbəblərindən biridə harınlıq heysiyyatsızlıq və vicdansızlıqdır.
Görünür bütün bunları Şöhrət Quliyev hesablamayıb. Elə düşünub ki, onun bu əməlləri təkcə el-oba, cəmiyyət tərəfindən deyi,eyni zamanda da Dövlət tərəfindən qiymətləndiriləcəkdir.
Sən saydığını say gör Qaralov Zakir nə sayır. İş adamlarının qənimi kimi tanınan və onları gedər-gəlməzə yola salan Qaralov Zakir xislətinə uyğun olaraq Prezident İlham Əliyevə ənənəvi öz yalanlarını sırımağı bacarmışdır.
Qaralov Zakir absurd blefləri üzrə Prezidenti aldatmağa müvəffəq olduğu arqumentlərin birincisi məhz Şöhrət Quliyevin 8 nəfərin qətlində sifarişçi olma abırsızlığı idi. Qaralov Zakirin yalanları effekt verir və iş adamı ömürlük həbsə, onlarla ailə isə ac-yalavac vəziyyətdə hökumətin siyasətini söyməkdən başqa çarələri qalmır.
Faktiki olaraq Şöhrət Quliyevin cinayəti üzrə qətlə yetirilənlərin sayı 2 nəfərdir və həmin iş üzrə onun hər hansı formada xəbəri olmamışdır.
13 ildən artıqdır ki, heç bir hüquqi əsas olmadan Zakir Qaralovun korporativ maraqları və ambisiyasına fəda edilmiş böyük iş adamı Şöhrət Quliyev sıxıntı və darda olmağına baxmayaraq, özündən və ailə üzvlərindən daha çox Qaziləri və Şəhidləri düşünür, maddi yardımını davam etdirməkdədir.
Çoxları kimi Şöhrət Quliyev deformasiyaya uğramış hüquqların bərqərar olunmasını Avropada deyil, məhz Vətənində nail olmasını tərciyə edir və dövlət başçısından,Birinci Vitse-Prezidentdən və onların sadiq komandasına böyük ümidlər bəsləyir.
İnanır ki, Ona münasibətdə hüquqi dövlətin mahiyyətinə uyğun azadlıq günəşi tez bir zamanda onunda üzünə güləcək.
Afiyə Qurbanova