Bu gün:


VATİKANIN BAKI OFİSİNİN İŞIQLARI KƏSİLİB

Tarix: 14.11.2021 / 13:40  •   Oxundu: 91 dəfə  •  

Bakı Şəhəri,Xətai rayonu İzzət Orucov 6 ünvanında (AMAY TM-in yanı) yerləşən Vatikanın katolik kilsəsinin elektrik enerjisi 3 gündür ki, kəsilib.

Kilsənin rəsmisinin İDEAL-a verdiyi məlumatda oda bildirilir ki, bununla bağlı  "Azərişıq" ASC-yə etdikləri müraciət sobataj edilir.

Faktla bağlı apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki,qəza ilə bağlı "Azərişıq" ASC 3 gündür ki, "Azəravtoyol" ASC-yə və BNA-ya faksla müraciət etsədə faksı qəbul edən canlı yoxdur.

Vacibdir ki, yol xəttində aparılacaq qazıntılar zamanı  digər infrastrukturlara xəta toxunmasın.

"Azərişıq" ASC-dən İDEAL-a bildirildi ki, həftənin birinci günü,günün birinci yarısınadək problem aradan qaldırılacaq.

Anar Həsənli