Bu gün:


Nigar Bayramovanın siğortasız cavabı

Tarix: 15.11.2021 / 15:21  •   Oxundu: 235 dəfə  •  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əvvəllər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda məsul vəzifədə işləyən və hazırda Agentliyin Maliyyə məsələlərinə rəhbərlik edən Yadigar Mahmudzadə ilə bağlı agentliyə ünvanladığımız sorğumuzun məzmunu tamamilə təhrif etmişdir. Görünən budur ki, cavab məktubu Yadigar Mahmudzadəyə sərf ediləcək formada tərtib edilmişdir. Bəlkə də cavabı məhz Yadigar mahmudzadənin özü tərtib etmişdir. Lakin fakt budur ki, cavab məktubu redaksiyamıza İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini Nigar Bayramova tərəfindən imzalanmışdır.

Əvvəla hörmətli Nigar xanım Bayramovanın diqqətinə çatdırırıq ki, məktub hər nə qədər rəsmi-işgüzar üslubda tərtib olunursa olunsun, orada mütləq sorğunu göndərən adresata xitab olunmalı və xitaba "hörmətli", "müəllim", "cənab" kimi müraciət formaları əlavə edilməli idi.

Bu sadəcə professional etikadır, Nigar xanım! Cavabınıza nə qədər rəsmi-işgüzar üslub əlavə etmək istəsəniz də, qərəzliliyi və kin-küdurəti açıq-aşkar sezmək mümkündür.

Biz sorğumuzda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə istinad etmişdik. Nigar xanım isə məktubda qeyd edir ki, sorğuya cavabı yalnız "Vətəndaşların müraciəti haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq baxılması təmin ediləcəkdir, bu şərtlə ki, sorğunu bizə vətəndaş ünvanlasın. Güman ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi demək istəyir ki, biz mətbuat orqanına yox, vətəndaşlara cavab veririk.
 
Kimə cavab verib kimə cavab verməmək səlahiyyətini sizə dövlətin ayrı-ayrı strukturlarında korrupsiya çəlləyində qıcqıran məmurlar verə bilər, amma dövlət verə bilməz, çünki dövlətin qəbul etdiyi hüquqi-normativ aktlarda hər şey konkret göstərilmişdir.

Mövzuya yenidən qayıdacayıq
 
Rüfət Kamil