Bu gün:


Saakaşvili razılaşdı, hospitala köçürüldü

Tarix: 20.11.2021 / 08:06  •   Oxundu: 101 dəfə  •  

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.

İDEAL Media.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.

Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.

Qeyd edək ki, bu gün Gürcüstanın ədliyyə naziri Rati Breqvadze Mixail Saakaşviliyə Qoridəki Giorgi Abramişvili adına hərbi hospitala yatırılması barədə müraciət edib.