Bu gün:


Haftar edam cəzasına məhkum edildi

Tarix: 26.11.2021 / 11:59  •   Oxundu: 100 dəfə  •  

Liviyada qiyamçı marşal Xəlifə Haftar 2019-cu ildə Misrata Hərbi Hava Qüvvələri Kollecinə hücumuna görə edam cəzasına məhkum edilib.

İDEAL Media.az xəbər verir ki, edam hökmünü Liviyanın Misrata şəhərinin Hərbi Məhkəməsi çıxarıb.

Haftarla yanaşı Baş Qərargah rəisi Ədürrəzzaq Nazuri, Hərbi Hava Qüvvələri komandanı Sakr Cəruşi və Əbdüssalam Hasi də ölüm cəzasına məhkum edilib.