Qobustan Qapalı Həbsxanasında 300 nəfərdən artıq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs saxlanılır.
Onlardan 10 nəfərdən artığı 30 ildən çoxdur ki (Əli Quliyev, Çingiz Paşayev, İntiqam Qayıbov və b.) cəza çəkirlər. Lakin həmin məhkumlardan daha ağır cinayət törətmiş şəxslər isə tez bir müddətdə haqq etmədiyi azadlığıa qovuşdurulur. Bunlardan məşhur Hacı Məmmədov olayının qəhrəmanları, 11 nəfərin qətlində ittiham olunan sabiq Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdaərsinin rəisi, general mayor Zakir Nəsirov, sabiq idarə rəisi, polis polkovniki Kamil Sədrəddinov 13 il cəzadan sonra Z.Nəsirov birbaşa evinə göndərilmiş, K.Sədrəddinovun cəzası isə 20 ilə endirilmişdir və hazırda 8 saylı cəzaçəkmə müəssisəəsinin tibb-sanitar hissəsində kef edir.
“İdeal”a daxil olan məlumata əsasən, son 10 il ərzində ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 100 nəfərdən artığı məhz qanunsuzluq, hüquqsuzluq ucbatından tələb olunan rüşvəti ödəyə bilmədiyindən müxtəlif xəstəliklər “səbəbindən” dünyalarını dəyişmişlər.
Lakin bütün bunlarla yanaşı tələb oliunan rüşvəti ödəyən digər məhkumlar, o cümlədən 8 nəfərin qətlində ittiham olunan Quliyev Şöhrət Məmməd oğlu bu ilin aprel ayının 15-dən bu günə kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisədinə kef çəkir.
“İdeala” daxil olan məlumata görə, cənab Şöhrət Quliyevi yüksək çinli, ölkədə korrupsiya şöhrətinə malik məmurlardan biri himayə edir. Yaxın günlərdə məhz həmin rüşvət çəlləyində ŞÖHRƏTLƏNMİŞ milli-siyasi heç kimliyini, cənab heç kim olduğunu sizlərlə tanış edəcəyik.
Necə ola bilir ki, can üstündə olan, canını şəraitsiz kameralarda tapşıran, həyatda tək ümidi, tək gümanı son vəsiyyətini edə biləcək anası ilə qovuşmaq intizarında olan 10-la şəxs konsentrik dairələrin tələb etdiyi rüşvəti ödəyə bilmədiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsi onlara tanınmır, lakin 8 nəfərin qətlində ittihamı sübuta yetirilmiş, otel adlı pritonda pul qazanan və həmin pulların hesabına strateji obyekt hesab olunan müəssisədə lüks həyat qurana kimdir rəvac verən? Məgər bu diskriminasiyanı, anarxiyanı, xaosu, kazusu biz Yusif Səfərdov küçəsindən görə bilirksə, dövlət hesabına milyonlar xərclənərək hər kameranın qarşısına kamera qoyan kamerasız, başıboş, debil, zombi məmurlar bütün bunları görə bilmirlərmi? Bunların başları kimi gözləri də mədələşibmi?
Kim kimi islah edir? Qobustan həbsxanasının narkobaron rəisi, bir zamanlar məhz bu cür vərdişlərinə görə cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin sabiq rəisi Mədət Quliyev tərəfindən qovulmuş Tahir Yusibov hansı “müsbət keyfiyyətlərinə” görə ən ağır rejimli bir müəssisəsində hələ də rəhbər vəzifədə işləyir?
Telefon vasitəsilə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb son bir ildə Qobustan həbsxanasında öldürülən və ya dünyasını dəyişən məıhkumların rəsmi statistikasını soruşduqda onun səlahiyyətindən olmadığını ifadə etdi. Ona görə də səlahiyyətli şəxs, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenant cənab Ceyhun Həsənova rəsmi müraciət etmişik.
De-fakto və de-yure ümumlikdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları və müalicə müəssisəsində öldürülən və dünyası dəyişdirilən şəxslərin sayı yol qəzasında dünyasını dəyişənlərin sayından qat-qat çoxdur (!).
Gözdən və könüldən uzaq qaranlıq dünyanın sakinləri və həmin dünyaya “rəhbərlik” edən cəhənnəm “bekçəçiləri” mütləq qanun qarşısında cavab verməli və törədilmiş bütün faktlara görə məsuliyyət hissi xatırladılmalıdır.
Araşdırmalarımız davam edir...
Cavid Camal