Bu gün:


"BSU"-nun mətbuat xidmətinin yalanları!

Tarix: 10.12.2021 / 12:10  •   Oxundu: 93 dəfə  •  

Ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2000 (iki min) min manat təşkil edir.

Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500,5000,4500 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil.

Məhz buna görə də son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina ediblər.

Maraqlıdır, bəs, bu məsələdə çıxış yolu nədir?

Təhsilini yarımçıq qoymaqdırmı?

Əgər Univerisitet rektorları verdikləri müsahibəyə əməl etmirlərsə niyə yalandan, müsahibə verirlər?

Vüsalə Qəzənfərqızının “Bakı Slavyan Universitetinin" mətbuat katibi Anar Quliyevdən aldığı müsahibədən belə nəticəyə gəlmək olar ki, “Bakı Slavyan Universitet”nin imkansız tələbələrinə təhsil haqqı üçün güzəştlər edilir.

Bəzən elə hallar olub ki, mətbuat katibi həmin tələbənin pulunu şəxsən özü ödəyib.

Ancaq bu təqdimat doğrudurmu?

Bir neçə tələbənin verdiyi məlumata görə tələbə dəfələrlə ödəniş ödəyə bilmədiyi üçün mətbuat katibinin köməkçisinə müraciət etmiş və ona təhsil haqqını ödəmək üçün vaxt verilməsini xahiş etmişdir.

Ancaq “Bakı Slavyan Universitet”nin mətbuat katibinin köməkçisi tələbəyə əgər təhsilini ödəməzsə, semestr imtahanına buraxılmayacağını bildirib.

Anlaşılmır təhsil kazusları ilə bağlı hüquqları pozulmuş tələbələr kimdən kimə müraciət etməlidir? 

Mehriban Əliyeva