Bu gün:


Ermənilər Qarabağda "müdafiə funksiyalı polis qüvvələri" yaradır...

Tarix: 14.12.2021 / 08:28  •   Oxundu: 95 dəfə  •  

Azərbaycan torpaqlarında  Rusiya hərbçilərinin himayəsi altında bəslənən separatçı-terrorçu erməni rejimi Qarabağda "geniş funksiya və tapşırıqlara malik polis qüvvələri" yaratmağı qərara alıb.

İDEAL Media.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
 
"Onlar ölkənin müdafiəsində iştirak edəcək, xüsusi və mühüm obyektləri mühafizə edəcək, xüsusi yüklərin daşınmasının təhlükəsizliyini təmin edəcəklər" -üzdəniraq xəbərdə belə deyilır.
 
Müvafiq "qanun" layihəsi  separatçı xuntanın qanunsuz qanunverici orqanının "müdafiə, təhlükəsizlik və qanunilik komissiyası"nda müzakirə edilərək təsdiq edilib. Yaxın vaxtlarda sənəd layihəsi "plenar iclası"n gündəliyinə daxil ediləcək.
 
Separatçı rejimin "polis" rəisi Artyom Arutyunyanın sözlərinə görə, "qanun layihəsinin qəbul edilməsi zərurəti  2020-ci il müharibəsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır..."