Repressiv "İSLAHATLAR" davam etdirilir!
Tarix: 24.12.2021 / 15:27 •
Oxundu: 342 dəfə •
Vətəndaş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Tolstoy küçəsi 10 ünvanında yaşayan Səmədova Gözəlxanım Ağadadaş qızı 23 dekabr 2021-ci il tarixində İDEAL Media.az Group-na redaksiyamıza gələrək şikayət etmişdir.
Valideyn şikayətində övladı Səmədli Leysan Zeynal oğlunun Azərbaycan Respublikasının CM-nin 144.2.3 və 149.2.4-cü maddələri ilə təqsirli bilinib, cəza müddətinin əvvəli 15.07. 2013-cü il tarixindən hesablanaraq 10 il müddətinə azadlıqdan məhrum edildiyini, hal-hazırda cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyini bildirmişdir. Valideyn şikayətində bildirir ki, övladım bir neçə dəfə əməliyyat olunmuş səhhətində ciddi problemlər yaranmışdır.
Həmçinin valideyn övladının 10 il cəza müddəti ilə cəza alaraq əvvəlcə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə göndərildiyini, bu cəzaçəkmə müəssisəsində övladının səhhətində ciddi problemlər yaranması ilə əlaqədar Müalicə müəssisəsinə göndərildiyini bildirir.
Valideyn bildirir ki, övladımın Müalicə müəssisəsində qalmasına aylıq ödənişlər etsəm də, övladımın həmin müəssisədə qalmağına bu müəssisənin rəisi Mayıl Məmmədov, müəssisənin baş həkimi Nicat Cəlilov, "Cərrahiyə"şöbəsinin baş həkimi Elnur Abbaslı problem yaradırlar. Xüsusilə Həkim Elnur Abbaslı övladımla prinsip aparır, xüsusilə Elnur həkimə pul vermədiyimiz üçün müalicə etmir, Müalicə Müəssisəsindən cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsinə göndərir.
Övladımın səhhəti ilə əlaqədar cəza çəkdiyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə etap olunduğu müddətdə əsassız olaraq bu müəssisənin Cərimə təcridxanasına, "KARSA" salınmış, 25 gün burada saxlanıldıqdan sonra özünün əvvəlki cəza çəkdiyi 6 saylı C.Ç.M-nə deyil, 10 saylı CÇM-nə göndərilmişdir. Övladımı bu müəssisənin Tibb məntəqəsində saxlamırlar, səhhətində olan ciddi problemlər nəzərə alınmır.
Dəfələrlə övladımın cəza çəkdiyi 10 saylı C.Ç.M-nin TM-də qalmasını, Müalicə müəssisəsində saxlanılmasını aidiyyatı qurumlara müraciətlər etmişəm.
20 dekabr 2021-ci il tarixində Müalicə müəssisəsinə getdim, övladımla bu müəssisədə görüşdüm və bu müəssisənin "Cərrahiyə " şöbəsinin baş həkimi Elnur Abbaslının qəbulunda oldum.
Elnur həkimdən xahiş etdim ki, övladımın vəziyyəti qənaətbəxş deyil, onun barak şəraitində saxlanılması övladıma çətinlik yaradır odur ki, övladımı Müalicə müəssisəsində saxlayasınız.
21 dekabr 2021-ci il tarixində, övladım məhkum Leysan Səmədli mənimlə telefon əlaqəsi yaradaraq bildirdi ki, mənim əl-qollarımı qandallayaraq Müalicə müəssisəsindən cəza çəkdiyim 10 saylı cəzaçəkmə müəssisəsinə göndəriblər. Hətta mənim pal-paltarımı da vermədilər Müalicə müəssisəsində saxladılar.
Faktla əlqədar olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilovla əlaqə saxladıq bildirdi ki, ALLAH evinizi tiksin, ölkə dərəbəylikdir Siz, məhkumu müdafiə edirsiniz.
Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla telefon əlaqəsi saxladıq bildirdi ki, məhkumun sözünün dalı-qabağı bir qozdur. Doğurdan da Nicat Cəlilov və Mehman Sadıqov ağızlarına və ağıllarına gələni danışırlar,hələ də qanmırlar ki,həbs olunan şəxslər yalnız və yalnız azadlıq hüquqlarından məhrum olunurlar, bütün Konstitutsion hüquqları üzərlərindədir.
Raul Qulubəyli