Bu gün:


Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu

Tarix: 24.12.2021 / 16:13  •   Oxundu: 195 dəfə  •  

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.
 
Həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.
 
Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.
 
Həmin hakimlərin adlarını təqdim edirik:
 
1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
 
2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi
 
3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi
 
Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.