Bu gün:


Nazim Quliyev: "MALİBO"-un rəhbərliyi əməllərinə cavab verməlidir!

Tarix: 26.12.2021 / 12:55  •   Oxundu: 197 dəfə  •  

Rüşvətlə texniki şərtləri öz şərtlərinə uyğunlaşdırmaq, qanunları qaydalarının əsirinə çevirmək, dövlətçilik İdeallarına şəxsi obyekt münasibəti sərgiləmək, Vətəndaşın fundamental Konstitusion hüquqlarını fundamentsiz məəmıırlar sabotaj karuselinə mindirib öz xislətindən dolayı qapı-qapı gəzdirməsi dövlət siyasətinin tərkib hissəsi kimi kütlə şüuruna metastaz edilsə də...

"MALİBO" MMC-in 2018-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının  1-6-7-12-13-24-26-29-31-33-43-71-149-cu maddələrini onu qorumağa məsul Orqan və vəzifəli şəxslər qarışıq deformasiyaya uğratsa da, bu günə kimi RÜŞVƏT-ORTAQLIQ-NEPOTİZM milli və beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaqda davam edir!

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fakt üzrə başlatdığı 180070480 saylı "Cinayət İşi" hələ də baş üzv kimi özünü təsdiq etməmişdir.

Rezüme: "MALİBO" MMC-in rəhbərliyi sabiq deputat Əsabil  Qasımov,qardaşı Vüqar Qasımovlar 1900-cü ildə inşa edilmiş memarlıq binasında 1993-cü ildən mülkiyyətimdə olan Bakı Şəhəri, Nəsimi Rayon Əlimərdan Bəy Topçubaşov 96 ünvanında yerləşən qeyri-yaşayış sahəsini söküb yerində göydələn tikmək arzusunu reallaşdırmaqdan ötrü, əvvəlcə müvəkkil etdiyim şəxslə danışıq aparır və danışıqlar fayda vermədikdə 04 İyun 2018-ci ildə gecə saat 14-15 radələrində texnikalarla hücuma keçir və içərisində 86.000 manat texniki avadanlıq qarışıq  yerlə yeksan etmişdir.

Rüşvət qarşısında performans göstərən "milli qanun keşikçilərin" sobatajlarından sonra Türkiyə Cümhuriyyətinin Prezidenti  hörmətli Ərdoğana etdiyim müraciət öz müsbət effektini versə də, bu dəfə müvəkkil etdiyim şəxs öz dələduz və görməmiş  mahiyyətindən dolayı xəbərim və razılığım olmadan qarşı tərəfin şərtlərinə uyğun konfidensial-konsensus  "razılaşırlar" və bu barə də müfəssəl məlumatı 20 noyabr 2020-ci ildə almaq şansım olur.

Faktla bağlı aparılmış "milli istintaqçılar" yalnız traktoristləri  cəzalandırmışlar.

Sözsüz ki, bu cür hadisələr mafiyanın dövlət aparatında kök saldığı banditizmin idarəçilik üsulu olduğu quruluşlarda baş verə bilərdi....

Fakt üzrə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya rəsmi müraciət edilmişdir.