Bu gün:


Nazim İdeal: Vandalizmin Malibo sifəti-yaddaş !

Tarix: 17.12.2021 / 11:07  •   Oxundu: 376 dəfə  •  

Əsabil Qasımov mülkiyyətimdə olan Bakı Şəhəri,Nəsimi Rayon Ə.B.Topçubaşov 96 ünvanında yerləşən qeyri-yaşayış hissəsini və içərisindəki 86.000 manat dəyərində texniki avadanlıqları 2018-ci ilin iyul ayında bulduzerin qabağına verib uçurarkən ölkədə baş verən hadisələrlə bağlı Türkiyə Cümhuriyyətinin Cümhur Başkanı Dəyərli Dövlət-Millət-Ailə başçısı Rəcəb Tayyib Ərdoğana açıq məktubla müraciət etdikdən sonra,Repressiyalar şiddətlənməyə başladı və Əsabilin kəndçisi hazırda da 11 Saylı C.Ç.M-nin rəisi Vəli Şirinov yazılarımın durdurulmasını tərciyə etsədə....

-Hər gün yataq yerimdə qanunsuz axtarış-baxış keçirilsə də;
-21.09.2018-ci ildə "Malibo" MMC-nin sahibi Əsabilin sifarişilə 11 Saylıdan 15 Saylıya sürgün edilsəmdə;
-15 Saylı C.Ç.M-də 25.09.2018-09.02.2019-cu il tarixədək,erməni diversant Arsen Baqdasariyanın imtiyazlı gözləri qarşısında Karsın PKT-də 130 gün qələmsiz,kitabsız,paltarsız,yeməksiz saxlanılsamda;
-98 kq çəkidən 70 kq çəkiyə düşsəmdə;
-Prinsiplərimə xəyanət edə bilmədiyimə görə Metropolitein Tağlnın sonradan tapdığı oğlu Rauf 06 ay "krıtı" rejimlə mükafatlandırsa da;
-09.02.2019-dan başlayaraq yenidən başlatdığım mücadilə 30 Mart 2019-cu il tarixdə qisməndə olsa nəticə verdi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müraciətim əsasında Əsabil-Vüqar Qasımovlar barəsində deyil,Əliyev Natiq Əli oğlu və Sadıqov Nicat Ramiz oğlu barəsində cinayət işi başlatdı.

Ə.B.Topçubaşov ünvanında yaşayan onlarla Ailənin (Əliyev Rauf Mayıl oğlu,Tağızadə Naibə Moruğ qızı,Səmədov Tahir Asəf oğlu,İbrahimova Xoşqədəm Qonaq qızı....)mülkiyyət hüququ tarimara çevrildiyi halda Bakı Şəhəri,Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Heydər oğlunun 1(006)-213/2019 saylı,27.11.2019-cu il tarixli "Hökm"ü üzrə Natiq Əliyevə 02 il,Nicat Sadıqova 03 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir!

Rüşvətin-mafiyanın-banditizmin gücünü görürsünüzmü?

Əsabil Qasımov törətdiyi kriminallarına niyə cavab vermir?!

Milli və Beynəlxalq hüququn heç bir müddəasında qanunların kimisinə cəza,kimisinə imtiyaz vermədiyi halda,NƏDƏN iş adamı "OMAKS-3" Mənzil-Tikinti Kooperativinin qurucusu Tapdıq Namazov heç bir hüquqi əsas olmadan,sifarişçinin zövqünə uyğun 10 il 06 ay müddətinə azadlıqdan məhrum edildiyi halda,yüzlərlə Vətəndaşın fundamental Konstitusion hüquqlarını deformasiyaya uğradan "Malibo" MMC-in və de-fakto 9 şirkətin sahibləri Əsabil-Vüqar Qasımovlar hələ də azadlıqda ev sökürlər!

Niyə? Ona görə ki,ölkəmizdə hər gün Femida zorlanır,rüşvət qanunları doğrayır ????

Əsabil-Vüqar Qasımovlar Ölkəmizdəki hüquqsuzluqdan,məmur harınlıqlarından,korrupsiya və rüşvətin özünü dövlət sanmasından istifadə etməklə Məhkəmə Hökmünə əlavə və dəyişikliklər edə bilər.

Lakin,Azərbaycan Respublikası Konstitusiyasının 13-29-33-43-cü maddələrini satın ala,uçura bilməzlər!

Bunu bir daha sübut edəcəm !