Bakı Cərimə Agentliyi
Tarix: 07.01.2022 / 23:00 •
Oxundu: 146 dəfə •
Bakı Nəqliyyat Agentliyi adlandırılan despot qurum Ziya Məmmədovun nəqliyyatda saxladığı qoçuların soyğunçuluq formasını davam etdirməkdədir. "İDEAL" redaksiyasına rəsmi müraciət edən Bakı şəhəri, Xətai rayonu, ev 25/14, mənzil 17 ünvanında yaşayan Eyyubov Şadət Paşa oğlu bildirir ki, avtomobilinin daimi saxladığı məkanda saxlamasına baxmayaraq Bakı Nəqliyyat Agentliyinin əməkdaşları 07.12.2021-ci il tarixdə saat 16:59-da çəkərək Agentliyin Dayanma, durma və parklanma qaydalarının nizamnlanması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynovun imzası ilə xəta törətməyimlə bağlı 1919164 saylı qərarı ünvanına göndərmişlər.
Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Şadət Eyyubovun avtomobilinin saxlandığı məkan magistral yol xəttinin kənarına düşmür, vətəndaş avtomobili məhz həmişə saxladığı məkanda saxlamışdır və təkcə Şadət Eyyubov deyil, həmin ərazidə yüzə yaxın avtomobil hər gün həmin dayanacaq hissəsində park olunur. Park edilən avtomobillərin bəziləri "Azəriqaz"ın işçilərinə, bəziləri isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının işçilərinə aiddir. Eyni zamanda həmin məkan avtodayanacaq kimi fəaliyyət göstərir.
O zaman sual olunur. Bakı Nəqliyyat Agentliyi hansı əsasla vətəndaşın ünvanına xəta ilə bağlı qərar göndərir?
Onda bu cür anlaşılır ki bu Agentlik bir az sonra şəxsi qarajlarda saxlanılan avtomobillərlə bağlı cərimə yazıb üzərinə qoyulmuş plan və öhdəlikləri bu formada dolduracaq. Faktla əlaqədar olaraq zərfin üzərindəı qeyd olunan 012-404-41-20 nömrəli telefonla əlaqə saxladıq. Gün ərzində telefona heç kim cavab vermədi. Nəqliyyat agentliyinin rəhbəri Vüsal Kərimlinin diqqətinə çatdırırq ki, sənin etdiklərini Birinci və ikinci sinif şagirdləri də edə bilər, yəni telefon vasitəsilə ürəkləri istədikləri maşının şəklini çəkib, cərimə yazıb vətəndaşın ünvanına göndərə bilər. Ancaq siz doğrudan da dövlətə və vətənə xidmət etmək istəyirsinizsə, təklif edirik ki, Bakı Baş Polis İdarəsindən başlamış Respublika Doğum Evinə qədər olan 2 km-lik məsafədə ən azından 1 piyada keçidinin quraşdırılması üzrə məsələ qaldırasınız.

Bəlkə də 1 yox 2 keçid sənədlər üzərində istismara verilib və pulları da basıb yeyilib, bilmirik.
Düşünə bilirsinizsə, həmin ərazidə yaşayan vətəndaşlar və orta məktəb şagirdləri hər gün ölümlə üz-üzə gəlir və demək olar ki, hər həftə bu küçədə bir neçə nəfər avtoqəza nəticəsində dünyasını dəyişir. Bəs o zaman vətəndaşın həyatı bahasına başa gələn ölüm hadisələrinin cəriməsini kim ödəməlidir?
Mövzu diqqətimizdədir.
BNA-nın mövqeyini gözləyirik.
İnci Osmanqızı