Arvadını öldürən şəxs: "Feministlər ailəmdə problem yaratdı"
Tarix: 18.01.2022 / 18:47 •
Oxundu: 125 dəfə •
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib.
F.Qarayev bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist olan Nigar adlı xalası qızı və başqa şəxslər yönləndiriblər.
"Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini, yardımını alıb öz həyatını yaşayacaqsan", - deyə təqsirləndirilən şəxs bildirib. Onun sözlərinə görə, o, Sevinclə qeyri-rəsmi evli olub və ikinci evliliyidir. 6 illik evlilikdən iki övladı var.
Təqsirləndirlilən şəxs deyib ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb: "Əvvəl feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar, sonra yenidən 128 elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq".
Vəkilin suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirdi. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını albalı ağacıyla möhkəm döydüyünü də etiraf edib.
Qeyd edək ki, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.