Bu gün:


Vətəndaşın oğurlanmış iribuynuzlu heyvanı niyə qaytarılmır?

Tarix: 19.01.2022 / 23:54  •   Oxundu: 54 dəfə  •  

İdeal media qrupuna Göyçay rayon Bığır kənd sakini Behbudov Fəqan Bədirəddin oğlu tərəfindən şikayə daxil olmuşdur.

Vətəndaşın bildirdiyinə görə, 2020-ci ilin dekabr ayının 3-də, gecə saatlarında həyətindən bir baş iribuynuzlu heyvan oğurlanmışdır. Dekabr ayının 10-da oğru dəstə saxlanılmışdır.

Araşdırmalar zamanı məlum olmuşdur ki, Tarverdiyeva Əfsanə Şirvan qizi Behbudov Fəqan Bədirəddin oğluna məxsus olan heyvanı Şamaxi rayon sakininə 550 manat civarında satmışdır.
Behbudov Fəqan Bədirəddin oğlunun oğurlanmış bir baş iribuynuzlu heyvanı hələ də Şamaxi rayonunun Çiyinni kəndindədir. Çunki həmin şəxs Əfsanə xanimdan 500 manat tələb edir, o ise həmin məbləği ödəmir.
Vətəndaş şikayət edir ki, hüquq-mühafizə orqanlari məsələ ilə bağlı hələ də bir tədbir görməyib. Behbudov Fəqan Bədirəddin oğlu işsiz vətəndaş olaraq hüquqlarının bərpasın tələb edir və qeyd edir ki, yegane dolanışıq vasitəsi olan həmin heyvanın geri qaytarılmasını istəyir.

Mövzu diqqətimizdədir.

Rüfət Kamil