
İqbal Məmmədov digər parlamentarilər kimi haranın, nə üçün deputatı olduğunu özü də anlamır.
Ötən sayımızda cənab Məmmədov barədə “İdeal”da getmiş yazıdan sonra barəsində təzadlı informasiyalar ara vermir.
Oliqarx deputat digər həmkarları kimi eyni zamanda cinayətkar aləmlə sıx münasibətdə olan birisidir.
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan və sosial mediada “avtoritet” kimi təqdim olunan Rəşad Ağayev İqbal Məmmədovun bacısı oğludur.
Silsilə cinayətlərdə mühakimə edilən Rəşad Ağayevin fanatları kifayət qədərdir və onlar onun üçün hətta meyxana da vəsf etdirmişlər. Başlıcası cənab İqbal Məmmədovun və qardaşlarının biznes problemlərinin açarının Rəşad Ağayevdə olduğu bildirilir. “Mirnıy Rəşad” kimi tanınan Rəşad Ağayev əslində düşünmə qabiliyyəti olmayan favoritlərinin ampluasından fərqli olaraq, keçmiş daxili qoşunların əsgərlərindəndir. Oğru ideyalarına görə paqon daşıyan bir kimsə oğru ideyalarının davamçısı kimi qəbul olunmur və ona düşmən münasibət sərgilənir.
Məmmədovlar imperiyasının başında dayanan cənab deputatın Bakıxanov qəsəbəsindəki səltənətindən oğurlanmış varidatlar, uçaqlar və digər publika üçün şok terapiya yaşadacaq faktlatla növbəti sayımızda...
Biləcəksiniz ki, deputat olmaq üçün hansı şərtlər vacibdir.