RÜŞVƏTİN QİYMƏT ARTIMINA TƏSİRİ..,
Tarix: 03.03.2022 / 10:39 •
Oxundu: 309 dəfə •
1-ci qrup gözdən əlil,ömürlük məhkum Hacıbalayev Akif Sabir oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsin baş həkimi Cəlilov Nicat Vidadi oğlu tərəfindən icarə şantajı ilə təhdid edilir.
2-ci ay MM-də qalmaqdan ötrü aylıq icarə haqqının 300 manat ödənilməsinin zəruri olduğu bildirilir.Baş həkim Nicat Cəlilov: "...A kişi sən gördüyün babalar öldü.İndi MM-in daimi sakinləri qara dustaq deyil.İcra Başçılarıdır,narkobarondur,qanqsterlərdir.Sənin kimi 500 qara dustaqdan aylıq aldığımı Şöhrət Quliyev 1 aya ödəyir.Bilmirsən ölkədə hər şeyin qiyməti qalxıb..."
Quliyev Şöhrət Məmməd oğlu 8 nəfərin qətlə yetirilməsində mühakimə edilir və 2-ci ildir ki, MM-də bütün imtiyazlara bürünüb "Cənnət Bağı" adlanan məkanda kef çəkir.
Qanunların dəfn edildiyi məkanda analoqsuz inkişaf davam edir.
Cavid Camal
