QANUNSUZ VƏ XƏSTƏ SİSTEM
Tarix: 30.03.2022 / 14:38 •
Oxundu: 225 dəfə •
“Nur” restoranlar şəbəkəsinin sahibi və eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “müalicə müəssissəsi” adlı MOTEL-in rəisi Polkovnik Mayıl Məmmədovun rəhbərliyi altında Dövlətçilik İdeallarına, İnsanlığa qarşı həyata keçirilən diskriminasiyalar, bazarlıqlar barədə yazılan yazılardan nəticə çıxarmaq əvəzinə Prezidentin qəbul etdiyi qərarlar əleyhinə sərhədsiz addımlar atmaqda davam edir.
Belə ki, hazırda müalicə müəssiəsində yalnız və yalnız imtiyazlı “burju” məhkumlar saxlanılır. Onlardan İmişlinin sabiq İcra Başçısı Vilyam Hacıyev bütün korrupsiya ittihamı ilə məhkum edilmiş vəzifəli şəxslərin yerləşdirilməsi, saxlanılması, təczihatı problemlərinin həllinə məsul edilmişdir. Ümumiyyətlə həbs olunmuş İcra Başçıları həbs edildiyi gündən etibarən müalicə müəssisəsi (“MM”) və ya ixtisaslaşmış müalicə müəssiəsi (“İMM”) adlı otellərdə kef çəkirlər.
Bu nə cür idarəetmədir?
Korrupsiya ittihamı ilə mühakimə edilmiş şəxs Penitensiar Xidmətdəki korrupsionerlərin yeminə çevrilir. Əgər doğrudan da həbs olunmuş vəzifəli şəxslərin səhhətində ciddi problemlər var idisə, o zaman bu tip xəstə adamları vəzifə başında hansı “keyfiyyətlərinə” görə saxlayırdılar?...
Axı xəstə başda xəstə ruh olar.
Təkcə bu deyil, Mayıl Məmmədov bir alverçi olaraq rejimindən asılı olmayaraq bütün həbsxanalarda olan burjuları öz “Moteli”nə toplaya bilmişdir. Hazırda Vilyam Hacıyevlə “xlebniklik” edən və iş adamı Elçin Əliyevin qətlində mühakimə edilmiş general Rövşən Əkbərov, 8 (səkkiz) nəfər sahibkarın qətlində təqsirləndirilən-ömürülük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və bu kateqoriyadan olan iki yüz nəfər şəxsin adını çəkmək olar. Ən ağır xəstə aylıq tələb olunan icarə haqqını verə bilmədiyi üçün dərhal cəza çəkdiyi həbsxanaya qaytarıldığı halda, heç bir xəstəliyi olmayan Şöhrət Quliyev iki ildən artıqdır ki, fasiləsiz olaraq müalicə müəssiəsində kef edir!?
Çünki, Şöhrət Quliyevə məxsus olan və Gəncədə yerləşən “Bakı” oteli, bazarlar, supermarketlər şəbəkəsi, qara kassanın nəzarətçisi polkovnik Mayıl Məmmədova və onun himayədarlarının yaşam düzənlərinin müalicəsidir.
Şərəf və ləyaqətlərini , mənliklərini cinayətkar adlandırılan məhkumların ciblərinə girməklə “adrenalin qatan” yaramaz sürüsünün heçmi vicdani hissləri yoxdur?
Onları qayğılandıran, məyus edən bütün hisslərimi çürüyüb?
Kasıb və hüquqsuz məhkumlar üzərində alqı-satqı predmetinə çevirdikləri milli qanunları performans etdirmək hansı məntiqə sığır? Rüşvətdən başqa gözləri heçnəyi görməyən, mövcud cinayətkar şəbəkəyə nə zaman “stop” veriləcək və onlara dövlət olduğumuz anladılacaq?
Bilinsin ki, sabiq Penitensiar Xidmətin (MQİBİ) rəisi general Aydın Qasımov hami qoruyucaları tərəfindən həbsə atılmağına imkan verilməsədə, onun cinayətkar komandası və eləcə də müalicə müəssisəsinin rəisi Nizami Nağıyev, Baş İdarənin rəis müavini Gülməmməd Gülmmmədovun və digərləri uzun müddət azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdilər. Baxmayaraq ki, Gülməmməd Gülmmədovun oğlu hazırda Penitensiar Xidmətin ən güclü gül (“qanun”) satanlarındandır.
P.S: Vəzifəli soyğunçuların,quldurların,reketlərin,cibgirlərin,sutenerlərin söz haqqını tanıyırıq.
Polad Musayev
