Bu gün:


ATA ZONA NİYƏ GÖNDƏRİLMİR?

Tarix: 30.03.2022 / 17:04  •   Oxundu: 172 dəfə  •  

Bakı İstintaq Təcridxanasında saxlanılan reket blogger Ata Abdullayev barəsində Ağır Cinayətlər Məhkəməsinin hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilməyinə baxmayaraq, onun hələdə BİT – də himayə edilməsi qəribədir. Adətən barələrində qəbul edilmiş qərarlar qanuni qüvvəsini aldıqdan sonra dərhal bölgüyə salınır və zomlara yatab edilir. Nəzərə alaq ki, hazırda Bakı İstintaq Təcridxanasında yerlər məhduddur və sıravi məhkumlar üçün bir çarpayının dörd nəfər müştərisi var. 

Əldə etdiyimiz məlumata görə Ata Abdullayev BİT – də sanitar kimi fəaliyyət göstərir və bu missiyanı adətən üzdəniraqlar yerinə yetirir. Görünür, Ata Abdullayevi cinayət məsuliyyətindən xilas edən cinayətkar dəstə hələ də onun arxasınca sürünür. İDEAL-a məlumat verən və Ata Abdullayev tərəfindən cinsi təcavüzə məruz qalmış qonşusu Dilarə İlhamqızı öz şikayət məktubunda bildirir ki, prokrorluq və polis orqanlarına onunla bağlı baş vermiş cinayət hadisəsi üzrə etdiyi şikayətlər bu günə kimi açıq qalmaqdadır. 

Fakt üzrə BİT-ə etdiyimiz telefon zəngində bildirildi ki, Ata Abdullayevlə bağlı qərarları biz deyil, adını çəkə bilmədiyimiz yüksək çinli məmurlar icra edirlər. 

Cavid Camal