Bu gün:


Ümidi xoşqədəmlərə, xoşqeyrətlərə qalmış Azərbaycan Səhiyyəsi...

Tarix: 19.04.2022 / 10:58  •   Oxundu: 260 dəfə  •  

Hər kəs həyasızlıq edib zaurların, xoşqədəmlərin blef tragikomediyaların personajina çevrilmək istəmir. Sözün tam mənasında ölkənin səhiyyəsi xəstədir.Vətəndaşlar kimə və hara müraciət edəcəyini bilmir.Yalan və talan haqsızlıqlar özünü dövlət sayır.
 

İDEAL-a rəsmi müraciət edən hərbiçi ailəsi Cəfərova Rəmziyyə Cavid qızı övladlarının xəstəliyi mənzil təminatı ilə bağlı müraciət etmədiyi dövlət qurumu qalmadığını bildirir.
 
Evsiz-eşiksiz hərbiçi ailəsinin həyat yoldaşı Cəfərova  Rəmziyyə bildirir: "Gələcəyin əsgərləri olan Həsən və Hüseyn ürək qüsurludurlar.Bununla bağlı Mərkəzi Neftiçilər xəstəxanasına, Millət Vəkili Rəşad Mahmudova, Topçubaşov xəstəxanasına, İcbari Tibbi siğorta mərkəzinə müraciət etdikdə 35.000 (otuz beş min) manat tələb edildiyini və müalicənin xaricdə mümkün olduğunu bildirmişdi.
 

O, zaman bu ölkədə milyardlar hesabına inşa edilmiş, adını müasir infrastrukturlar təşkil edilmiş "Medical Centre” kimlər üçün nəzərdə tutulub? Ayda 500 manat məvacib alan və kirayədə yaşayan hərbiçi ailəsi bu qədər sıxıntını necə qarşılasın?

Sumqayıt şəhəri, 6-cı mikrorayonda yaşayan Cəfərova Rəmziyyə Cavid qızı yenidən bildirir: ’’.. Sumqayıt İcra  Hakimiyətinin başçısı Zakir Fərəcovun yanında oldum .Düşdüyüm vəziyyəti təfsilatı ilə danışdım. Və xahiş etdim ki, 4 övladım və biz valideyinlər  birgə yaşamaq üçün heç olmasa balaca damxa ilə təmin edin.O isə bildirdi ki, imkanımız, gücümüz buna yetmir...."
 

Deməli təminatsız, hüquqsuz, vicdanlı ləyaqətli vətəndaşlara verilən kart-blanş vətənin azadlığı uğrunda döyüşmək, bir də statistik məmulat kimi şərlənərək həbs olunmaq haqqları varmış!?
 
Görəsən Prezidentin səlahiyyətli nümayəndəsi hesab edilən yerli icra hakimiyyət orqanları  hansı vətəndaşa və hansı halda yardımçı ola bilir? Anlamaq bu qədərmi çətindir ki, ürək qüsurlu Həsən və Hüseyn, digər qız övladı Filizin müalicəsi hansı dövlət üzərinə götürməlidir?

Bir halda ki, Ailənin başçısı Cəfərov Daşdəmir Tahir oğlu 17-ci ildir ki, vətənə xidmət etməkdədir.Deməli ölkədə nəyəsə nail olmaqdan ötrü mütləq Prezidentlə görüşməlisən... Əks halda idarəetmə iflicdir.
 
Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 12.Dövlətin ali məqsədi.
1.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının,Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Maddə 17. Ailə, uşaqlar və dövlət
1.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
2.Uşaqların qayğısına qalmaq və onlari tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
 
Maddə 41.Sağlamlığın qorunmasi hüququ
 
1.Hər kəsin sağlamlığını qorumaq və tibb yardım almaq hüququ vardır.
2.İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında cəlb edilirlər.

Mövzu diqqətimizdədir.

İnci Osmanqızı