Bu gün:


Zaqatalada daha bir FACİƏ: körpə doğuş zamanı öldü

Tarix: 10.05.2022 / 12:26  •   Oxundu: 96 dəfə  •  

Zaqatalada doğuş zamanı uşaq ölüb.
İDEALMedia.az -ın məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. 
Rayonun Aşağı Tala kənd sakini N.M. (ad şərtidir) doğuşla əlaqədar xəstəxanaya müraciət edib.
Normal doğuş keçirilməsinə baxmayaraq uşaq ölüb.
İlkin məlumata görə, uşağın ciyərləri açılmayıb.
Bildirilir ki, ana hamiləlik dövründə koronavirusa yoluxubmuş. 
Qeyd edək ki, hadisə baş verən gün həmin xəstəxanada ana doğuşdan sonra ölüb. 
TƏBİB-dən İDEALMedia.az -a verilən məlumata görə, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında  36 həftəlik oğlan uşağı dünyaya gətirib.
Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə bağırsaq keçməzliyi şübhəsi ilə Bakıya gətirilib. 
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 
Ailəsi xəstəliyin əvvəlcədən mövcudluğu barədə məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb.  
Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınan xəstə yolda dünyasını dəyişib.  
Uşağın vəziyyəti isə stabildir.