Bu gün:


Penitensiar xidmətdə “islahatlar” davam etdirilir

Tarix: 26.05.2022 / 22:19  •   Oxundu: 650 dəfə  •  

Zaman-zaman dövlət adına utanc səhnəsinə çevrilmiş dövlət məmurları və onların övladları barədə hər kəs məlumatlıdır. Təkcə son illər hazırda Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinimn başçısı vəzifəsini daşıyan Asif Əsgərovun oğlu İlham Əsgərovun ekstazi eyforiyası üzrə həbsxanaya düşməsi, Hərbi Səfərbərlik generalı Novruzəli Rüstəmovun oğlu Rüstəm Rüstəmovun bir neçə dəfə törətdiyi xuliqanlıq qəhrəmanlıqları, sabiq baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nailin avtoşluq nailiyyətləri və s. kimi harınlıqlar hər birimizə məlumdur.

İDEAL-a daxil olan şikayətlərin içərisində məmur övladları arasındaə Maliyyə nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin rəisi Nadir Qarayevin övladı, Penitensiar Xidmətinin Maliyyə şöbəsinin əməkdaşı Turay Qarayevin “qəhrəmanlığı” digər məmurların övladlarının istedadından daha “önəmlıidir”. 

Dövlət xəzinəsini şəxsi var-dövləti hesab edən Nadir Qarayev arxalığı sayəsində maliyyəçi kapitan oğlu Turay Qarayev öz maddi ehtiyaclarını təmin etmək məqsədi ilə şərəf və ləyaqətini satmayan, min cür zəhmətə qatlaşıb səyyar əşyalar satan gözəgəlimli xanımlara yaxınlaşır, əvvəlcə onlarla alver edir, ardınca öz şikarına saldırıb, əvvəlcədən para verir və borcu qaytara bilmədikdə həmin xanımları yataq otağı ilə əvəzləmək fürsəti tanıtdırır.

Onunla razılaşmayan ləyaqətli xanımları isə şantaj-montaj etməklə Penitensiar xidmətin maliyyə şöbəsinin digər əməkdaşı Fərid Mikayılova “pas” atır, Fərid Mikayılov isə əvvəlcə həmin xanımlara öz kartını atır və asılı vəziyyətdə olan qadınları günbəgün təhdid etməyə başlayır.

Görünür ki, Penitensiar Xidmətdə idarəetmə iyerarxiya üsul-idarəçiliyi ilə formalaşdığından Turaya söz demək, əxlaqsız hərəkətlərinə “stop” vermək hörmət və nüfuzunda olan şəxs yox dərəcəsindədir.

Etibarlı mənbədən daxil olan informasiyaya görə son zamanlar Penitensiar Xidmətə işə qəbul edilən şəxslərin böyük əksəriyyəti məmur övladlarıdır və həmin məmur övladları testdən kənar universitetlərə adları yazılmış və saxta diplomla təchiz edilmiş debillərdən ibarətdir.

Bu üzdən də Penitensiar Xidmətdə aparılan islahatlar nəticəsində son illər fiziki işgəncələrə məruz qalaraq öldürülən və zorakılığa məruz qalan məhkumların sayı avtoqəzada ölənlərin sayından qat-qat üstündür. Bu ölümləri isə bir qayda olaraq ləyaqətli və ədalətli araşdırma aparılsa hamısı barədə klinik ölüm diaqnozu ilə ratifikasiya edildiyinin şahidi olmaq olar.

Penitensiar Xidmətin himayə etdikləri təkcə debil məmurların harın övladları deyil, eyni zamanda məşhur dələduzların övladları da vardır. Belə ki, Qurbanov Tural Rauf oğlu atası ilə cinayət əlaqəsinə girərək paytaxt Bakıda onlarla vətəndaşa 500.000 manatdan artıq dələduzluq ziyanı törətmişlər. Bu fakt üzrə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi cənab Ceyhun Hüseynova verdiyimiz sorğu hələ də hüquqi dövlətin yolunu gözləməkdədir.

Görünür Ceyhun Həsənov yaxşı adamdır, ətrafındakılar onu aldadır. Mütləq mövzuya qayıdacağıq.

 

Polad Musayev