Bu gün:


MƏHKUM İKİ QULAĞINI KƏSİB UDDU…

Tarix: 09.06.2022 / 17:00  •   Oxundu: 369 dəfə  •  

Ədliyyə Nazirliyi  Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 12 sentyabr 1990 -ci ildə Quba şəhərində anadan olmuş, Mahmudov Mehman Mövlud oğlunun anası Mahmudova Xanım Şamil qızı İDEAL-a müraciət edərək, oğluna qarşı həyata keçirilən inkvizisiyanin durdurulmasini xahiş etmişdi.

Xanım Mahmudova bildirir ki:” övladı Mehman Mahmudov Qarabağda döyüşlərdə başından snayperlə yaralanmış və bu səbəbdən də onun mütəmadi müalicə almağa ehtiyacı vardır.

Ötən ay 450 manat Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Böyük-Şor qəsəbəsinin, 8-ci Köndələn adlanan məkanda yerləşən müalicə müəssisəsi adlanan xəstəxananın baş həkimi Cəlilov Nicat Vidadi oğluna  450 manat  verdik ki, Mehmana qarşı diqqətli olsunlar və eyni zamanda müalicə edilsin.Pul verdikdən 1 həftə sonra heç bir əsas  olmadan oğlum Mehman Mahmudov işgəncə çəkdiyi 7 saylı cəzaçəkmə müəssisəsinə qaytarıblar.

7 saylı cəzaçəkmə müəssisəsinə çatar-çatmaz müəssisənin rəisi Rasim Əliyev və müavini Kənan Orucov Mehmanı özündən gedənə qədər döyərək işgəncə vermişlər.Məhkum yoldaşları Mehmanın fiziki mənəvi işgəncəyə məruz qaldığını bizə xəbər verdikdən sonra cəzaçəkmə müəssisəsinə yollandım.

Mehman mənimlə görüşə bütün hissələri cırıq və sökük “spisovka”da gəlmişdi.Şalvarının düymələri olmadığından qara məftil ona kəmər rolunu oynayırdı.Mehman məndən xahiş etdi ki, onu xilas edək.Əks halda özünə qəsd edəcəyini qeyd etdi.Bu gün xəbər aldıq ki, Mehman rəisi Rasim Əliyev və onun müavini Kənan Orucov tərəfindən verilən intensiv işgəncələrə dözməyərək hər iki qulağını kəsərək udmuşdu.”

Faktı dəqiqləşdirmək üçün əlaqələrimizdən istifadə etdik. Xanim ananın dediklərinə əmin olduq.

Nazirliklər yanında yaradılmış “ ictimai komitə, ictimai şura” adlı mətbəx pişiklərinin diqqətinə çatdırırıq ki, dövlətə , xalqa xidmət etməyi bacarmırsız, heç olmasa inkvizisiyanın şaybası yollunda çıxış etməyin.

PS. Faktı inkar edə biləcək müvafiq dövlət qurumları rəsmilərinin söz haqqını tanıyırıq.


Polad Musayev