Britaniya xarici işlər naziri “nüvə düyməsinə” basa bilər: “Mən bunu etməyə hazıram”
Tarix: 24.08.2022 / 12:21 •
Oxundu: 72 dəfə •
Böyük Britaniyanın baş nazir postuna namizədi və xarici işlər naziri Liz Trass nüvə silahından istifadə edilə biləcəyini söyləyib. Nazir, lazım gələrsə, nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olacağını qeyd edib.
“Düşünürəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram”, - deyə o, Birmingemdə seçki debatı zamanı bildirib. Debat “Times Radio”nun “YouTube” kanalında yayımlanıb.
İyulun əvvəlində Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri baş nazir seçiləcəyi təqdirdə Putinlə görüşməyə və G20 sammitində “onu söhbətə çağırmağa” hazır olduğunu bildirmişdi.
O, həmçinin vurğulayıb ki, qarşısına qoyduğu vəzifələrdən biri də Böyük Britaniyanı Ukraynanı silahla təmin edən ilk Avropa ölkəsinə çevirməkdir.(oxu.az)
Mənbə: Sputnik Belarus