Bu gün:


Rusiyanın ən varlı qadını yeddi uşaq anası oldu

Tarix: 02.10.2021 / 09:19  •   Oxundu: 106 dəfə  •  

“Wildberries”in təsisçisi Tatyana Bakalçukun əkizləri dünyaya gəlib.
 
Beləliklə, Rusiyanın ən varlı qadını hesab olunan Tatyana Bakalçuk yeddi uşaq anası olub.
 
Bununla da T.Bakalçuk Rusiyanın çoxuşaqlı milyarderləri arasına düşüb. Onlar arasında həmçinin  “Severstal”ın sahiblərindən olan Aleksey Mordaşov (7 uşaq), millət vəkili Andrey Skoç (10 uşaq) və Moskva Kredit Bankının sahibi Roman Avdeyevin (23 uşaq) də adları daxil olub.