Bu gün:


Şahin ABŞ-ın bu şəhərinin polis rəisi oldu...

Tarix: 23.12.2021 / 10:10  •   Oxundu: 168 dəfə  •  

"ABŞ-ın Miçiqan ştatında daha çox müsəlman yüksək dövlət vəzifələrində çalışır. Ötən ay seçkilər nəticəsində Miçiqanın Hamtramk şəhər məclisinin tamamilə müsəlman olduğu ortaya çıxdı və indi bir müsəlman da eyni ştatda Dirborn Şəhər Polis İdarəsinin rəisi seçilib".
 
 Bunu yerli  "The Crime Report" nəşri yazır.
 
Zabit İsa Şahin 1998-ci ildən bəri Dirborn polis qüvvələrində xidmət edir. 2019-cu ildən o, şəhərin istintaq idarəsinin rəisi olub və xidməti dövründə onun yurisdiksiyasında baş vermiş 12 qətlin hamısının üstünü açıb.
 
2022-ci ilin yanvarından Şahin Dirbornda polis rəisi olacaq və bu vəzifədə hazırkı rəis Ronald Haddadı əvəz edəcək. 
 
Maraqlısı odur ki, İsa Şahin Dirborn polis departamentinin rəhbəri vəzifəsini icra edən ilk müsəlmandır.İsa Şahin polis vəzifələrində rəhbər vəzifələr tutmuş digər Amerika müsəlmanlarının  nümunəsi ilə gedib.

2021-ci ilin aprelində pakistanlı amerikalı komandir Yaşar Bəşir ABŞ Polis Qüvvələrinin ilk müsəlman rəis köməkçisi təyin edilib.

2020-ci ilin iyul ayında kapitan Adil Rana Nyu-York şəhərində yerli bölmə rəisi təyin olunub.