Məhkumun həyatı təhlükə qarşısında...
Tarix: 23.06.2021 / 10:19 •
Oxundu: 182 dəfə •
Penitensiar Xidmətin 12 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanınmış iş adamı Tapdıq Namazovun fiziki həyatı real təhlükə qarşısındadır.
Həbs edildikdən sonra ürək əməliyyatı keçirmiş T.Namazovun hazırda ixtisaslı həkim müayinəsindən keçməklə ciddi müalicə olunmasına zərurət yaranmışdır.
Yanına heç kimi buraxmırlar və eyni zamanda Müalicə Müəssisəsinə köçürülməsinə korporativ maraqlar naminə əngəl törədənlər var.
Müdafiə komitəsi Tapdıq Namazovun fiziki-tibbi-psixoloji vəziyyətilə və ona qarşı sərgilənən despot münasibətsizliklə bağlı Prezident İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Xanım Əliyevaya rəsmi müracət ünvanlamışdır.
Rüfət Kamil
