NAZİM QULİYEV: İslahla istismarın fərqini qanmayan narkobaron Rəis
Tarix: 02.07.2021 / 16:58 •
Oxundu: 167 dəfə •
Obyektiv və qərəzsiz şəkildə məhkumların fiziki,tbbi,psixoloji monitorinqi keçirilərsə heç bir anti-tezis hazırlamadan bilmək olar ki, 80 faizinin bədənləri doğranmış, 90 faizi narkoman,40 faizi şezofrenikdir.
11 Saylı bazarın ("C.Ç.M") narkobaronu İmişlili Vəli Şirinov "Malibo" MMC-nin sahibi Əsabil Qasımov vandallarını de-şifre etdiyimə görə, fors-major "speç etap" 15 Saylı narkotika bazarına yatab etdirdi.
Axşam saat 20:00-da 15 Saylının narkobaronu Tahir Yusifov karantində yanıma gəldi və 10-15 dəqiqə söhbətimiz oldu.
İlk baxışdan adam təsiri bağışlasada...
Karantindəki Gəncəli Zahid Məmmədov və karsdakı İsrail Gözəlov emissarlığı Tahirin nə qədər namussuz və alçaq olduğunu açığa vururdu.
Karantinə gələn və anası,arvadı hesabına "srok" çəkən gədalar 14 günə alınan 500 manat verdikləri üçün aşağılayırdım.
Başa salmaq istəyirdim ki,böyük zonda heç kim olmusuz,heç olmasa balaca zonda kişi olduğunuzu dərk edin....
Yaxçı oğlanlar Mənim dediklərimi kamendant Zahid vasitəsilə Tahirə çatdırırdılar.
Sabahısı günü səhər-səhər 5 nəfərlə gəzinti otağında olarkən,komendant Zahid Bizə bildirdi ki, "hazırlaşın rəisin qəbuluna gedirsiniz".
Gəldik narkobaronun kabinetinə...
İlk sualı belə oldu...
-Ə niyə Məni görəndə ayağa durmursunuz?
-Cavab verdim ki,gəzinti otağında niyə ayağa durmalıyıq ki?
-Mənimlə söz güləşdirmə,deyirəmsə durmalısınız,deməli durmalısınız...
-Tahirin tonla və yersiz tələbi qarşısında ağlıma gələn söz bu oldu:
-Bəs Siz niyə 26 ildir ki, erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş ananızdan-bacılarınızdan ötrü ayağa qalxmırsınız????
Tahir əsəbiləşdi və Qobustanda təmir adı altında zona daxil olan sement kisələrində məhkumlara satmaq üçün 30 mobil telefon,1 kq narkotika keçirmiş həmkəndlisi talkuçkanın əməliyyat şöbəsinin rəisi Vüqar Mahmudova göstəriş verdi ki,apar izahatını al,göndər karsa...
Düz söz yazdığıma,danışdığıma görə,şərəf-şöhrət ordenli qeyrətlərini Mənə zorlatmaq,06 aylıq bətnindəki uşağı öldürməyə müntəzir olan sutener ideologiyadan başqa nə gözləməli idim ki???
130 gün karsda deyil,kars içində PKT-də saxlanıldım.
-Bu müddət ərzində karsa düşüb çıxan 320 nəfərdən 20 nəfəri və erməni diversant Arsen Baqdasariyan,Edqar Sarkasiyan istisna olmaqla yerdə qalan 2988 nəfərin hamısı Tahirin və müavini Eldəniz Həziyevin malını satarkən pullarını düzgün çatdırmadıqlarına görə cəzalandırılanlar idi...
Hətta namaz qılan ƏXİ-lər belə bu işlə məşğul olurdu...
Nə isə...
Bu sistemdə status-kvo barədə hər şeyi bilsəmdə təkrar biliyin anasıdır deyib 7 gün ölüm aclığı keçirdim...
Sanki dövlətin ali məqsədi (AR-sı Konstitusiyası Maddə 12.) məhv etmək,öldürmək,sındırmaqmış...
Lakin, Allahın sındırmadığını,yüksəltdiyini arvadının-qızının alt paltarlarını məhkumlara narkotika satdırıb təmin edən Polkovniklər,Generallar əsla sındıra bilməz!
Penitensiar Xidmətin 2 ədəd əməkdaşı 7-ci gün gəlib baxış keçirdilər və direktivlərin dilsiz şeytanı olaraq tərk etdilər.
25.09.2018-09.02.2019
Metropolitein Tağının sonradan Gəncədə tapılan Rauf adlı oğlu Tahirin və Eldənizin təqdimatı üzrə Mənə 06 aylıq həbsxana rejiminə keçirilmə barədə qərar verdi.
Təqdimatın əsas leytmotivi bundan ibarət idi: "Ermənistan vətəndaşı Arsen Baqdasariyanı narahat edib,qarmoşkadan söyüb təhqir edib..." və.s
Həmin Tahir və müavini Eldəniz narkotika və qanun alverindən əldə etdikləri paralar hesabına 15-dən 2-yə,ardıncada Qobustan həbsxanasına göndəriliblər.
Hörmətli və dəyərli Həmvətənlər!
Biz hazırda rüşvətin qanunları doğradığı bir ölkədə yaşayırıq və elə bir ailə tapmaq mümkünsüzdür ki, repressiv rejimin kor ülgücünə tuş gəlməsin!
Hazırda hər bir ləyaqətli İnsan Allahın verdiyi qəzavü-qədəri deyil, geniş hakimiyyət resurslu konsentrik dairələrin müəyyən etdiyi əyyaş-pozğun-narkaman-cinayətkar həyata təhrik edilir.
İradəli olun ki,UCA ALLAHIN əmanətinə xəyanət etməyəsiniz!
