Bu gün:


Verdiyi qərarlarla populyar olan məhkəmə hakimi haqqında maraqlı faktlar

Tarix: 07.08.2021 / 17:45  •   Oxundu: 128 dəfə  •  

Haqqında yazacağımız şəxs verdiyi hökmlərlə adını tarixə yazdırıb.

8-ci Ohio Bələdiyyəsi Painesville məhkəməsinin hakimi olan Mayk 1951-ci ildə ABŞ-da dünyaya göz açıb. O, verdiyi maraqlı qərarlara görə Amerika Hakimlər Birliyinin sədrliyini də qazanıb.
 
Maykl Sikkonettinin məntiqi olduqca sadə olub.
 
Cinayətkarlara iki variant təklif edib. Ya həbsxanaya gedəcəklər, ya da orijinal cəzalarını qəbul edəcəklər. Təbii ki, böyük əksəriyyət bu orijinal cəzaları qəbul edib.
 
Hakim Mayklın indiyə qədərki verdiyi maraqlı qərarların bir neçəsinə nəzər salaq.
 
Maykl 35 pişik balasını meşədə azdıran bir qadına bu meşədə bir gecə yatmaq cəzası verib.
 
Hakim Mayklın qərarı ilə lisenziyasız silahı olan cinayətkar isə morqda bir gecə keçirib və orada ölənləri araşdırmalı olub.
Bir polis məmuruna donuz deyən adam küçənin küncündə bir donuzla bərabər “bu polis deyil” pankartı açıb.
 
Bir iti öldürən gənc isə hər bayramda yaşadığı ərazidəki heyvan sığınacağına 20 kq ərzaq bağışlayıb.
 
Evsizlər üçün pul yığılan qutunu oğurlayan adam 1 gün evsiz kimi yaşamağa məcbur edilib.
 
İsa peyğəmbərin şəklini oğurlayan gənclər isə üzr pankartı ilə bütün şəhəri gəzməli olublar.

İçkili halda münasibətdə olduğu qadına toyuq kostyumu geyindirərək təhqir edən adam hakim Mayklın qərarı ilə bütün günü toyuq kostyumu ilə gəzib.

Heç bir səbəb olmadan “Burger King” kassirinə bibər qazı səpən qadın, həbsxanaya getməmək üçün üzünə bibər qazı səpilməsini qəbul edib.
 
Uşaqlara təcavüz edən adam it kostyumu ilə məktəbə göndərilib və uşaqların təhlükəsizliyi barədə danışmaq məcburiyyətində qalıb.
 
Bütün bu maraqlı qərarları verən Maykl 22 sentyabr 2019-cu ildən etibarən təqaüdə çıxıb.