Bu gün:


Sevgilisinə görə 3 yaşlı qızını öldürdü

Tarix: 11.08.2021 / 13:03  •   Oxundu: 195 dəfə  •  

İngiltərədə dəhşətli cinayət hadisəsi baş verib.

23 yaşlı Nikola Priest sevgilisi Kallum Redferlə görüşü zamanı onlara narahatçılıq yaradan azyaşlı qızını öldürüb. Belə ki, cani ana sevgilisi ilə görüşü zamanı 3 yaşlı qızı Kayle Prieste sakit durmağını bildirsə də, qız anasında ayrılmayıb. Hətta ana qızını döyüb, daha sonra onu yatızdırmağa çalışıb.

Yatmayan azyaşlı ağlamağa başlayıb. Əsəbi ana isə qıznı amansızcasına döyüb, hətta onu sevgilisi də qıza zərbələr endirib. Kayle aldığı zərbələrdən dünyasını dəyişib. Dəhşətlisi budur ki, hadisədən sonra ana və sevgilisi birlikdə yatıblar. Oyandıqdan sonra ana təcili tibbi yardıma zəng edərək, qızının oyanmadığını bildirib.

Hadisə yerinə gələn həkimlər, qızın çoxdan öldüyünü bildiriblər. Tibbi ekspertizaya rəyinə əsasən, azyaşlının döyülərək, öldürülməsi məlum olub. Bu səbəblə ana və sevgilisi saxlanılıb. Məhkəmə qərarına əsasən, anaya 15 il, sevgilisinə isə 14 il həbs cəzası verilib.