Bu gün:


Əfqanıstan ordusu son sutkada "Taliban"ın 172 silahlısını öldürdü

Tarix: 14.08.2021 / 11:43  •   Oxundu: 99 dəfə  •  

Əfqanıstan ordusu ölkənin bir sıra əyalətlərində əməliyyat keçirib. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Nənqahar, Loqar Meydan Vardak, Qəndahar və Bəlx vilayətlərində keçirilən əməliyyatlarda son 24 saat ərzində 172 "Taliban" yaraqlısı öldürülüb, 107 nəfər isə yaralanıb.