Abbas Hüseynov nəzarətçini döyüb, barmaqlarını rəisin gözlərinə soxdu...
Tarix: 14.08.2021 / 19:19 •
Oxundu: 202 dəfə •
Penitensiar Xidmətin 8 Saylı C.Ç.M-də saxlanılan və Nərdaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun nəzarətçilər tərəfindən döyülməsilə bağlı rəsmi sorğumuzdan əlavə,etibarlı mənbəmizdən əldə etdiyimiz real xəbər tamamilə fərqlidir.
Belə ki,Abbas Hüseynov bağlı rejimin,1-2-ci korpusun baş nəzarətçisi Messiyev Akşin Elsəvər oğlunu kamerasına dəvət edib və ona əl ataraq uniformanı cırıb,təhqir etmişdir.
Hadisə məruzə edildikdən sonra,rəis Azər Hacıyev Abbas Hüseynovu inzibati binanın qarşısındakı besedkada qəbul edib,tərbiyəvi söhbət etmək istərkən,gözlənilmədən təhqirlərə məruz qalmış və hətta kənar müdaxilələr olmasaymış,təkcə barmaqları deyil,yumruqlarıda rəisin gözlərinə girəcəymiş...
Mənbəmiz bildirir ki,Abbas Hüseynov 2 ildən artıqdır ki,8 Saylı C.Ç.M-in Tibbi Sanitar Hissəsinin 19-cu kamerasında kef çəkir.
Kamera 45 kvadrat metrdir,kondisionerlidir və tam təmirlidir.
Hansı ki,zonun 95 faizi bir sıra xəstəliklərin potoloji daşıyıcısıdır,lakin tələb edilən pul verilmədiyindən,TSH Nərdaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun və Hacı Məmmədovun rəisi Kamil Sədrəddinovun xidmətindədir.
Abbas Hüseynovun rəis Azər Hacıyevə və digərlərinin yerini tanıtdırması isə təsadüfü hadisə deyil.
Bunun səbəbi Azər Hacıyevin zombi idarəçilik metodu,kameraları bazar piştaxtası kimi satması,bağlıdan açığa buraxılmalı olan məhkumlardan haqq alması, 4/3 vaxtı çatmış məhkumlara 1 aylıq azadlıq haqqını 500 manata satması,narkobaronlarla (Dadaşov Elçin Rafiq oğlu, Səhrayi Rəfail..,) əlbir işləməsi,xəstə və kasıb məhkumların bir yerdə üst-üstə saxlaması və eyni diaqnoz üzrə qətlə yetirməsi.., və.sairdir.
Ardı var...
Rüfət Kamil
