Bu gün:


Nazim İdeal (Quliyev) : Bu cinayətdir,yoxsa məsuliyyətsizlik !

Tarix: 24.08.2021 / 18:44  •   Oxundu: 437 dəfə  •  

12 Saylı cərimə bazarının bazarkomu Mehman Əliyevin poçtuna...

Qaçay Aslanov 7 Saylı C.Ç.M-də rəis vəzifəsində çobanlıq edəndə əməkdaşlarla qanun dilində danışmaq səviyyəsi,diksiyası,savadı olmadığından  əxlaqına uyğun şəkildə davrandığını çoxları bilir.

Yaxın qohumu və hazırda 10 Saylı C.Ç.M-in görüş hissəsində dilənçilik-soyğunçuluqla məşğul olan baş gizir Şükür Naşükürov karserdə növbədə olarkən, polkovnik qaçay təşrif buyurur və hansı nəzarətçi  məhkuma çay-qənd-siqaret verərsə  varlıyoxsul  söyüşləri yağdırır.

1 manatı varlığından-yoxluğundan uca tutan şükür qaçayın sözünün arxasına və önünə  həsənov əlinin çürük qozundan səpələyib istədiyini edir.
Səhərisi gün qaçay qohumu şükürün etdiklərini bilir və düşür karsa...

Şükürdən soruşur ki,ağır söyüş söymüşdüm ki, heç kəsə heç nə verməyəsən,amma sən...

Şükür qaçaya bildirir ki,bizi hər gün pulsuz söyürlər.Amma bir gecəyə bir ayın pulunu alacam...

Qaçayın kefi açılır və özünəməxsus qımışır.

Çörəyi söyüşdən,qarğışdan,qanunsuzluqlardan çıxanlardan biri də 12 Saylı C.Ç.M-nin rəisi Mehman Əliyevdir...

Mehman Əliyevin 12 Saylı cərimə bazarında həyata keçirdiyi analoqsuz islahatların çox qısa annotasiyasını diqqətinizə çatdırıram.

12 Saylı bazarda dələduzluq edən məhkum-Əliyev Bəhruz Allahverdi oğlu Baş Prokurorluğun "məktublar və şikayətlər" idarəsinin məsul vəzifəli əməkdaşı Toğrul Əhmədovun adından Vətəndaş Sevinc Şamilovanı aldadaraq 5000 manatını ələ keçirmişdir...

Mehman Əliyev Bəhruz Əliyevdən 1000 manat başlıq alıb problemi ört-bastır edib...

Əsgərov Fuaddan (Astaralı Fuad) 7000 manat alıb karantində imtiyazlı şərait yaradan Mehman Əliyev hər həftə əlavə olaraq 500-1000 manata sahiblənməsi amacıyla pandemiya dönəmində belə qanundan və dövlətdən kənar bütün yaramazlıqlara imza atmasına vicdanlı və iradəsi özündə olmayan video kameralar şahiddir.

Bariqa fuad 1-5-15 Saylı C.Ç.M-də qoruyuculuq etdiyi rəqsanənin nüfuzuna yaraşan iz buraxmışdır.

Sahibsiz və yüyənsiz cahillərdən yetərincə istifadə edib cəmdəklənən fuad onunla "xlebnik" olmuş Lənkəranlı Etibar Babayevi 15 Saylı Pritonun eks narkobaronu ("rəis") və ortağı Tahir Yusifovun vasitəsilə karserə saldırır və geyim əşyalarını ortaqlarının xoşlarına gəlmək üçün üzdəniraqlara paylayır.

Etibar Babayevidə Qobustan həbsxanasına ezam etdirir.

Hazırda Etibar Babayev 12 Saylı C.Ç.M-də cəza çəkdiyindən fuad Astaralı zona buraxılmır.

Bu cür subarnizasiyaları "gözləyən" Mehman Əliyev Namazov Tapdığa münasibətdə niyə gestapolluq və artistlik edir?

Bilərəkdən və qəsdən Namazov Tapdığın həyatı üzərində nar şirəsi içməkdən zövq  allr...

Mehman Əliyev bilir ki,həmin zonda,yəni 12 Saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "kəpənək" ayamalı Vaqif Naxçıvanlının qətlə yetirdiyi Qəhrəman Cəlilovun qardaşı qızı Tapdıq Namazovun həyat yoldaşıdır.

Bu cinayətdir,yoxsa məsuliyyətsizlik.

Başqası barəsində "imic-reputasiya formalaşdıran" Mehman Əliyevin kriminalları barədə islah olunanadək təqdimat edəcəm.