HİPPOKRAT BAKIDA KORONAYA TUTULUB.
Tarix: 17.09.2021 / 09:04 •
Oxundu: 222 dəfə •
Bakının 1 saylı şəhər poliklinikasında baş verən sərhədsiz kazuslarla bağlı bu gün ünvana yollandıq. Şəhərin mərkəzində yerləşən bu səhiyyə ocağı sahibsiz ruhların dolaşdığı müharibə dövrünü xatırladır. Müasir infrastruktur göz oxşasa da insanlara sərgilənən despot münasibət divarlarda belə dərin utanc hissi oyadır.
Müraciət etdiyimiz həkimlərin heç birinin müstəqil şəkildə qərar qəbul etmək imkanında olmadığını müşahidə etdik. Hətta bəzi həkimlər heç bir tərəddüd etmədən dövlətin bütün qərarlarının üzərindən çarpaz xətt çəkməkdə maraqlıdırlar.
Təqdimat manerasında nevropatoloq kimi adı keçən İradə Xankişiyeva təyinat almaqdan ötrü ona müraciət edən pasiyentə qarşı sərgilədiyi davranış qaydası, nəzərə alsaq ki, pasiyent həm də Qarabağ qazisidir, çox tragikomik situasiya yaratmış oldu.
İrada Xankişiyeva Qarabağ qazisindən sənədləri aşağıdakı ifadə forması ilə tələb etmişdir:
"Getginən, yaşayış yerindən arayışıvı gətir, şəxsiyyət vəsiqəsi önəmli deyil. Sizin qeydiyyatda olduğunuz yer ofis kimi fəaliyyət göstərir. İndi pandemiya dövrüdür. Səhiyyə nazirliyi başqa xəstəxanaya köçürülməyə icazə vermir və s."
Açıq təxribata çəkən bu üsulların fonunda isə Qarabağ qazisi səbr nümayiş etdirir. Çünki bu təxribat universal ssenarinin tərkib hissəsidir. Belə ki, İradə Xankişiyeva Kübra Cabbarovanın direktivlərini icra edir.
Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bəs görəsən xəstə sistemdə baş verənlərdən xəbərdardırmı?
Dövlət başçısının vətəndaş məmmununluğunu və "Mən xalqımın bir nömrəli xidmətçisiyəm" prinsipini fəaliyyətinin əsas leytmotivi kimi götürməsinin doğrudanmı paytaxtın 1 saylı şəhər poliklinikasına heç bir aidiyyatı yoxdur?
Səhiyyə, icra və digər dövlət qurumlarında özünəməxsus "iz" buraxmış Kübra Cabbarovanın sövq-təbii olaraq istər vətəndaşlarla, istərsə də həkim kollektivi ilə despot münasibət sərgilməsini stimullaşdıran amil nədir?
Bu barədə daha ətraflı növbəti sayımızda tanış olacaqsınız....STOP.
P.S.Hər kəs bilir ki, bu ölkədə bütün cinayətlərin başında onu qorumağa məsul edilmiş şəxslər və onların qohumları dayanır. Nepotizm fəlsəfsi üzrə vəzifələrə soxuşdurlan bütün despot məmurlar unutmamalıdırlar ki, bir zamanlar milli təhlükə naziri Eldar Mahmudov da, onun sülaləsi də bu xalqa qarşı divan tuturdu, bir zamanlar Hacı Məmmədov və onun bacısı Nüşabə Məmmədova Milli Onkologiya Mərkəzində həyat satırdı. Nə oldu? Gərək hər dəfə hansısa dövlət məmurunun cinayətələri deşifrə olunsun ki, dövlət tədbir görsün?
"Otuz min erməninin başını Prezident sığallayırsa, 2 nəfər erməni axçisinin başını mən sığallasam nə olar" ifadəsinin müəllifi görəsən kimdir?
Dövlətçiliyə, Prezidentə, xalqa sədaqət kriteriyaları budurmu?
Hakimiyyətin maklatura mediasının və Hippokratın naftalin iyi verən çətiri altında gizlənənlər yaşına-başına hörmət qoymasa da gec-tez əməllərinə mütləq cavab verəcəkdir.
Mehriban Əliyeva
