MAŞTAĞADA DƏLİXANA PROBLEMİ..
Tarix: 20.10.2021 / 16:44 •
Oxundu: 1 136 dəfə •
Maştağa qəsəbəsində yerləşən Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs adlı mərkəzdən İDEAL daxil olunmuş informasiyanı dəqiqiləşdirmək məqsədi ilə qarşı tərəfin mövqeyini öyrənmək istədik.
Əvvəlcə 19-cu bölmənin şöbə rəisi Vüqar Yusifovla danışmaq istədik. Şöbənin 85 nəfər hüquqsuz və girov şəxslərin istismarı üzrə xidməti vəzifəsini yerinə yetirən Fəridə adlı tibb bacısından 17 oktybar 2021-ci il tarixdən dəlixanadan yoxa çıxmış, əslən Saatlı rayonundan olan Məhsəti Türkü Səbriyev Aydın Dövranbəy oğlunun qaçması faktını dəqiqləşdirmək istədik. Şöbə rəisi Vüqar Yusifov adına və əməllərinə uyğun olaraq, Aydın Səbriyevin xəstəxanada olduğunu iddia etdi. Dəlini sağlam, sağlamı dəli diaqnozu altında rüşvətlə cəmiyyətə “adaptasiya” etdirən baş direktor Ağahəsən Rəsulovun insanlığa qarşı törətmiş olduğu əməlləri barədə ötən saylarımızda məlumat vermişdik. Bu adam hakimiyyətdəki konsentrivik dairələrlə əlaqəyə girərək, Gəncə şəhər sakini Ələkbərov Alik Ənvər oğlu barədə də saxta rəy yazıb onun həyatını puç etdirmişdi. Hətta məhv etmək, öldürmək istəyi vatikan katolik kilsəsinin keşişi Marek Josefin müdaxiləsindən sonra dayandırılmışdır.
Hesab edirik ki, Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasının fəaliyyəti hüquq-mühafizə orqanları tətəfindən ciddi-ciddi araşdırılmalı və 30 ildir ki, səbəbsiz olaraq həmin ünvanda girov saxlanılan vətəndaşların saxlanma səbəbləri və barələrində yazılmış diaqnoz faktları araşdırılmalıdır və bu dəfə Vüqar Yusifovdan deyil, baş direktor Ağahəsən Rəsulovdan soruşuruq. 2018 – ci ildə intihar (Koroğlu) körpüsündən özünü intihara cəhd etdiyinə görə polislər tərəfindən mərkəzinizdən yerləşdirilmiş Səbriyev Aydın Dövranbəy oğlu haradadır?
Araşdırmamız davam edir...
Rüfət Kamil
