Bu gün:


12 Saylı C.C.M-də repressiyalar davam edir.

Tarix: 21.10.2021 / 12:52  •   Oxundu: 635 dəfə  •  

 Sifarişlə həbs edilmiş “OMAKS-3” Mənzil Tikinti Koporativinin sahibi Namazov Tapdıq Bəhram oğluna qarşı repressiyalar davam edir. 

Yaxınlarının İDEAL-a verdiyi məlumata görə bugün səhər saat 11 radələrində 12 Saylı C.C.M-nin rəisi Mehman Əliyevin göstərişilə bariqaların qurşağı və ayağı kimi tanınan əslən Cəbrayıl rayonundan olan  müəssisənin əməliyyat şöbəsinin rəisi Vüqar Mahmudov onun saxlanıldığı TİBB-Sanitar (TSH) hissəsinə daxil olaraq Tapdıq Namazova qarşı insan ləyaqətini alçaldan rəftar və hədə-qorxu ilə təhdid etmişdir.
    
Tapdıq Namazov həbs edildikdən sonra həbsxanada ürək əməliyyatı keçirmiş və vəziyyəti kritik olaraq qalmaqdadır. Bir ilə yaxındır ki, doğmalarının müvafiq dövlət qurumlarına onun müayinə və müalicəsi və eyni zamanda evlərinə yaxın olan ərazidə cəzasını çəkməsi üçün etdikləri çoxsaylı müraciətlərin fonunda sifarişçinin zövqünə uyğun “müraciətləri” sabotaj edilməkdədir.
     

Tapdıq Namazovun həyatının təhlükə altında olduğundan narahat qalan doğmaları hazırda Prezident Administrasiyası qarşında etiraz aksiyası keçirməkdədir.
     
 Şikayət diqqətimizdədir.
    

Cavid Camal