Sabunçu rayonu Zabrat-1 qəsəbəsi, Yeni yaşayış massivi, (Kərpic zavodu) Şəfayət Mehtiyev küçəsində yaşayan bir qrup sakin Prezident İlham Əliyevə, Hüquq Mühafizə Orqanlarına və İDEAL-a müraciət etmişlər.
Müraciətdə deyilir:
“... İnsan kimi yaşamaq haqqımız real təhlükə qarşısındadır.Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin adından istifadə edən və qeyri-qanuni gecəqondu inşa etdirmiş Ələskərov Rövşən Vəli oğlu iradəmizin əleyhinə olaraq “Azercell” MMC ilə müştərək dalğaötürücü qurğu quraşdırılaraq fiziki-mənəvi-tibbi həyatımızı real təhlükə qarşısına qoymuşlar.
Qeyd edək ki, bu ünvanda yaşayan biz sakinlərin əksəriyyətinin evində bu və digər xəstəlikdən əziyyət çəkən yaşlı insanlar yaşayır.
Bütövlükdə şüalanma ilə mərkəzləşdirilmiş qurğunun yaradacağı təhlükəli fəsadlar, biz sakinləri narahat edir və bunun qarşısını almaqdan ötrü sizdən kömək istəyirik.
Hər bir vətəndaşın təhlükəsiz (AR-sı Konstitusiyası Maddə.31) yaşamaq və Sağlam ətraf mühitdə yaşamaq hüququ (AR-sı Maddə 39) olduğunu rəhbər tutaraq Sabunçu rayonu Zabrat-1 qəsəbəsi, Yeni yaşayış massivi, (Kərpic Zavod) Şəfahət Mehdiyev küçəsində, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Adil Vəliyevin xeyir duası ilə inşa ediləcək,yeni təhlükə ocağının yaradılmaması istiqamətində zəruri tədbirlər görülməsi, biz vətəndaşlara qarşı həyata keçirilən mənəvi terror üzrə hüquqi tədbirlər görməyi Sizdən xahiş edirik”.
Raul Bakılı