Bu gün:


Göyçay sakinləri ümid edir

Tarix: 25.10.2021 / 14:08  •   Oxundu: 96 dəfə  •  

Göycay şəhəri Əli Kərimli kücəsi 2/1 mən 35 ünvanında yaşayan Mollayeva Kütahi Sədulla qızı dövlət başçısı Cənab İlham Əliyevə, rəsmi dövlət orqanlarına və o cümlədən İDEAL Media Group-na  müraciət edərək, həyat yoldaşı Vaqif Mollayevin qanunsuz həbs olunması ilə baglı detalları açıqlamışdır.Xanım Kütahi Mollayeva hesab edir ki, həyat yoldaşı Vaqif Mollayevə qarşı irəli sürülən narkotikə cinayəti onun deyil, vaxtında çatdıra bilmədiyi rüşvətindir.

Eyni zamanda Vaqif Mollayevin həbsi reallaşdırılarkən avtomobildə tək olmamış,ailə üzvüləri, eyni zamanda şəhər kameralarını misal göstərir.Nə həbs olunarkən nədə ki, məhkəmə dönəmində cinayətin əsas mahiyyətini diktə edəcək video görüntülər bilərəkdən və qəsdən verilməmiş, gizlədilmişdir.

Qanunsuzluqlara baxmayaraq Mollayevlər ədalətin bərpa ediləcəyinə ümidlənirlər.

Hazırda Vaqif Mollayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Mövzu diqqətimizdədir ,bizi izləməkdə davam edin.

Gültəkin Hacibəyli