Vəkildən Prezidentə müraciət edildi
Tarix: 11.11.2021 / 13:00 •
Oxundu: 350 dəfə •
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə!
Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Orucov Səxavət Oruc oğlu tərəfindən
Ş İ K A Y Ə T:
Hörmətli Prezident!
Bildirim ki, mən 2016-cı il dekabr ayında tutulmuş, mənə AR CM-nin 120.2.1. və qeyri maddələrinə əsasən ittiham elan edilmişdir (Bildirim ki, Gəncə Ağır Cinayətləri Məhkəməsi tərəfindən mənə bəraət verilmiş, lakin sonradan Gəncə Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir).
Həmin vaxt bizim tərəfimizdən mənə vəkil tutulmamışdır. Bərdə şəhər Hüquq Məsləhətxanasınnı vəkili Mehdiyev Müşfiq mənə dövlət hesabına guya ki, vəkil təyin edilmişdir.
Məhkəmə zamanı isə məlum oldu ki, işdə olan vəkil orderləri təyinatla deyil, müqavilə əsasında verilmişdir.
Həmçinin, mən öz əleyhimə şahid qismində dindirilmişəm, bu zaman da həmin vəkil nümayəndə kimi guya ki, mənim yanımda “olmuşdur”.
Həmin vaxt mənim yanımda etibarnamə əsasında “müdafiəçisinin iştirak etməsi” sübutları saxtalaşdırmaqdan başqa bir şey deyil və yalnız görüntü xatirinə sənədlərdə öz əksini tapmışdır. Bütün bunlar isə, M.Mehdiyevin polis orqanları ilə əlbir olaraq onların mənafeyini müdafiə etməsinin təsdiqidir.
Bildirim ki, mən yalnız ifadənin yerində yoxlanılması və üzləşdirmə zamanı müdafiəçi Müşfiq Mehdiyevi görmüşəm.
İş materialları içərisində etibarnamənin olmasına baxmayaraq, həmin etibarnamə mən şahid kimi dindirildikdən sonra alınmışdır. Belə ki, cinayət işi materillarının 9-cu cildinin 211-219-cu vərəqlərində mənim 11 yanvar 2017-ci il tarixdə şahid qismində dindirilməyim protokoluna görə dindirmə saat 11.05-də başlamış, 14.05-də isə qurtarmışdır. İş vərəqi 208-də isə mənim verdiyim etibarnamədə etibarnamənin çap tarixinin saat 14.26 olduğu qeyd edilmişdir. İş vərəqi 209-da isə etibarnamə verilən vəkilin orderi yerləşir ki, 009400 saylı həmin orderdə tarix tam olaraq qeyd edilməmişdir. Yalnız yanvar ayı və 2017-ci il olduğu qeyd edilmiş, ayın tarixi göstərilməmişdir.
Bununla da, müdafiəçinin müstəntiqin diktəsi altında prosesə daxil edilməsi yuxarıda göstərilən arqumentlərlə tam təsdiq edilir. Müdafiəçinin mənim şahid qismində qolu qandallı öz əleyhimə olan ittiham ilə bağlı ifadə verməsiyə etiraz etməməsi faktı bir daha təsdiq edir ki,müdafiəçi müstəntiqin, ittihamın müdafiəçisi olmuşdur.
Qeyd edilənlərlə yanaşı müdafiəçinin üzləşdirilmə zamanı mənim üz nahiyəmdə olan xəsarətə heç bir reaksiya verməməsi, həmçinin mənim 21 dekabr 2016-cı il tarixdə tutulmağım faktına münasibət bildirməməsi, əksinə digər təqsirləndirilən şəxsin müdafiəçisinin bu halı aydınlaşdırdığı halda mənim “müdafiə”çimin bu məsələyə heç bir münasibət bildirməməsi mənim müdafiə hüquqlarımın kobud sürətdə pozulmasıdır. Əksinə, protokolda həmin zaman “müdafiəçi”nin müstəntiqin vəziyyətini möhkəmləndirən sualları yerləşdirilmişdir. Xəsarətlərin mənşəyi, tutulma tarixi və sairlə bağlı müdafiəçisinin elə sualları yerləşdirilmişdir ki, onun müstəntiqlə eyni şəxs olması, ona “müdafiə haqqı”nın müstəntiq tərəfindən ödənilməsi açıq-aşkar görünür.
Müdafiəçi dövlət hesabına təyin edilsə də, işdə olan 27 dekabr 2016-cı il tarixli 009277 saylı və tarixsiz 009400 saylı vəkil orderlərində vəkil xidmətinin müştəri, vəkil və hüquq məsləhətxanasının müdiriyyətinin iştirakı ilə bağlanan müqavilə əsasında həyata keçirildiyi bəlli olur. Bu zaman müdafiəçinin haqqının mənim və qohumlarım tərəfindən deyil, müstəntiq tərəfindən ödənilməsi faktı da ortaya çıxır. Bu hal eyni zamanda, 21 dekabr 2016-cı il tarixdən həbs edildiyim halda 11 yanvar 2017-ci il tarixdə notariat xidmət haqqını ödəyərək etibarnamə götürülməsi halına da aiddir. Həmin etibarnamə üzrə xidmət haqqının və rüsumun kim tərəfindən ödənilməsi də məlum deyil. Çünki mən artıq uzun müddət idi ki, həbsdə idi və mənim notariat kontoruna ödəmək üçün pulum yox idi.
11 yanvar 2017-ci il tarixdə şahid qismində dindirilmə protokoluna görə dindirmə saat 11.05-də başlamış, 14.05-də isə qurtarmışdır. Lakin mənim “verdiyim” etibarnamədə etibarnamənin çap tarixinin saat 14.26 olduğu qeyd edilmişdir.
Mən etibarnamə vermək üçün notariat kontoruna getməmişəm və aparılmamışam. Mən 21 dekabr 2016-cı il tarixdən həbs edildiyim halda 11 yanvar 2017-ci il tarixdə “notariat xidmət haqqını ödəyərək etibarnamə götürməyim halı” aşağıdakı sualları ortaya qoyur:
-Notariat kontoruna etibarnamə vermək üçün kim müraciət etmişdir?
-Notariat hərəkəti kontordan kənarda həyata keçirilmişdirsə, o zaman bu kimin müraciəti və hansı orqanın razılığı əsasında aparılmışdır?
-Mənim şəxsiyyətim notariat kontoru tərəfindən necə müəyyən edilmişdir?
-Mənim etibarnaməyə imza atmağım harada həyata keçirilmişdir?
-Həmin etibarnamə üzrə xidmət haqqının və rüsumun kim tərəfindən ödənilməsi də məlum deyil. Bu haqlar kim tərəfindən ödənilmişdir? Mən artıq uzun müddət idi ki, həbsdə idim və mənim notariat kontoruna ödəmək üçün pulum yox idi.
-Bildirim ki, mən işgəncələrə məruz qalaraq bir çox sənədlərə imza etmişdim. Birinci instansiya məhkəməsi mənim fiziki təsir nəticəsində sənədlərə imza atdığım faktını tanımışdır. Notariat kontoruna getməyən və notariusu görmədiyim halda imzam etibarnamədə öz əksini tapmışdır. O zaman mən təsir nəticəsində etibarnamədə imza atarkən notarius harada idi?
-Qanunverciliyin tələbinə görə, notariat hərəkətləri dövlət rüsumu və xidmət haqqı ödənildikdən sonra həyata keçirilir. Əgər mən 14.05-dək dindirilmədə olmuşdumsa, o zaman dövlət rüsumu və xidmət haqqı necə ödənilmişdir?
-Etibarnamənin “kontordan kənar dövlət rüsumu – 10 manat (notariat hərəkətləri ünvanında aparılıb)” hissəsində “ünvanında aparılıb” sözləri nə mənanı verir?
-Əgər etibarnamə 14.26-da çap edilmiş və notariat kontorundan kənarda notariat hərəkəti həyata keçirilmişdirsə, nə qədər vaxtdan sonra mənə imzalatdırılmışdır? Bunu müəyyən etmək mümkündürmü?
Göstərilənlərə əsasən, vəkil Müşfiq Mehdiyevin və Tərtər rayonu dövlət notariat kontorunun dövlət notariusu Rüstəmov Adil Hilal oğlunun cəzalandırılmasını xahiş edirəm.
Orucov Səxavət Oruc oğlu