Bu gün:


NAZİM İDEAL: "Azərbaycan səhiyyəsi xəstədir"

Tarix: 23.11.2021 / 21:47  •   Oxundu: 260 dəfə  •  

Azərbaycanın səhiyyəsi xəstə və sahibsizdir!
Ölkədə azad söz, ifadə və söz azadlığından başqa heç bir sahəyə dövlət nəzarəti yoxdur! Despotizm,amoralizm,anarxizm,vandalizm, yaltağinizm, blefinizm özünü dövlət sanmaqdadır!

Sadə vətəndaşların görüb etiraz etdiklərini, həmin sahələrə məsul edilmiş şəxslərin nə gözləri görür, nə də ki, normal insan olaraq düşünə biləcək hissələri və hissləri həm qurumlayıb, həm də mədələşib....!? Stepan Şaumyanın Xalqımıza olan münasibəti Əfəndiyev adına 2 saylı xəstəxanada və 1 saylı şəhər poliklinikasında şövq-təbii icra edilməkdədir! Hər iki xəstə və rüşvət çəlləyində ixtisaslı həkim qısırlıqları ilə yanaşı hətta kommunist nomenklaturasından qalma tibbi avadanlıq çatışmır. De-fakto dövləti yüklü hər iki xəstəxanada  EEQ (elektroensefaloqrafiya) adlı qurğu defiçitdir.

Əfəndiyev xəstəxanasının şöbə müdri Afaq Əliyeva, həmin şöbənin nevrologiya həkimi Şöhrət Talıbov, 1 saylının  nevroloqları and-aman,dad yaman edirlər ki, dövlətdən heç bir yardım,təminat yoxdur,məvaciblərimiz sıfırdır və xalqın cibinə girməsək acından ölərik!???
Xəstə sistemin sabiq alkaş naziri yenədə "abırına sığınıb" itib-batırdı.

Hazırki əvəzedici nazirin başı elə yerdə qarışıb ki, sanki bu ölkənin sakini deyil.
Mənliyi, vicdanı rüşvət çəlyində qıcqırmış ağ xalatlı quldurlar  xalqın cibinə abırsız və həyasızcasına girdikləri kimi, xalqa xidmət etmə mədəniyyətini öyrənməlidirlər!!!

Bu barədə ağxalatlı cibgirlərin videogörüntülərini mütləq paylaşacam.
Və nəhayət nazir Teymurun diqqətinə:
Əfəndiyev və 1 saylı şəhər klinikasından oğurlanmış  EEQ avadanlıqlarını bərpa edin ki, zavallı xalqımız korrupsioner məmurların özəl klinikalarında soyğunçuluqla məşğul olan dələduz şəbəkənin ənənəvi qurbanlarına çevrilməsinlər!