Bu gün:


1 saylı cəzaçəkmə müəssisəsində məhkum döyülərək qətlə yetirilmişdi

Tarix: 07.12.2021 / 19:12  •   Oxundu: 445 dəfə  •  

Bu gün 1 saylı cəzaçəkmə müəssisəsində əslən Sumqayıt şəhərindən olan məhkum Sərvər  adlı şəxs döyülərək qətlə yetirilmişdi.

Sərvərin döyülməsinə səbəb 1 saylı cəzaçəkmə müəssisəsində kitabxana adlanan məkanda nümayiş etdirilən pornoqrafik filmlərin 1 saatının qiymətini 3-dən 5 manata qaldırılması olmuşdur.

Bu barədə məhkumlar arasında yaranmış narazılıqların səbəbkarı kimi Sərvəri görən müəssisənin rəisi Emin Həsənov, rəis müavini Çingiz Hadıyev, əməliyyat şöbəsinin rəisi Vüqar Qasımov , məhkumun qollarını arxadan qandalayaraq ağzından qan gələnə kimi döydükdən sonra izi itirmək üçün onun “speç etab”, “tub zona” yatab etmişlər.

Qətl hadisəsi ilə bağlı mərhumun yaxınları Beynəlxalq Təşkilatlardan kömək istəməkdədir.

Mövzü diqqətimizdədir.

Polad Musayev