Bu gün:


11 saylı C.Ç.M-nin rəisi Vəli Şirinovun trans qayğısı

Tarix: 06.12.2021 / 15:44  •   Oxundu: 1 244 dəfə  •  

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində gündəlik yaşananların dövlətlə,qanunla,insanlıqla heç bir əlaqəsi yoxdur.

Belə ki, İDEAL-a  növbəti insanda, şok-terapiya yaşadacaq xəbər daxil olmuşdur.

11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ədliyyə Polkovniki Vəli Şirinov məhz əxlaqsız- narkobaron-cibgir- quldur-soyğunçuluq qabiliyyətlərinə görə pensiya yaşı keçməsinə baxmayaraq, aylıq ödədiyi xəracın fonunda hələdə öz postunda performans göstərməkdədir.

Əslən İmişli rayonundan olan Vəli Şirinov özünün dediyinə görə əvvəllər Rusiya bazarlarında xiyar,badımcan satarkən qardaşı qətlə yetirildiyinə görə həmən pulları o vaxt ki, Məhkəmə Qərarlarını Icrası Baş İdarəsinə ödəyib nadzor kimi fəaliyyətə başlayır. Qardaşının qisasını zavallı məhkumlardan alan Vəli Şirinov harda olur olsun, həmyerlilərinə arxa dayaq olub və onlara imtiyazlı şərait yaratmışdır.

11 saylı cəzaçəkmə müəssisəsində "İmişli Baraq" deyilən böyük otaq var. 30 nəfərlik otağda cəmi 10 nəfər məhkum yaşayır qalan şkonkalar boşdur.

Zonda 1 ədəd çarpayının qiyməti 500 manata satılsada və heç bir kəs həmin boş qalmış çarpayının sakininə Vəli Şirinovun razılığı olmadan sakininə çevrilə bilməz.

Vəli Şirinovun himayə etdiyi "bratvalar"dan olan və İmişli ortaliğina baxan Məmmədov Turqut Asif oğlu müəssisənin görüş otağında eyni cinsin nümayəndəsi, transla görüşlərinin birində əcaib hal yaşanmışdır.

Belə ki, rəis Vəli Şirinov sevgilisi ilə görüşün şimonsiklərindən olan və 4 saylı qadın kalonyasında rüşvət almağa görə tutduğu vəzifədən uzaqlaşdırılan Aytac Həsənova illərdi ki, qadın kimi qəbul edib yola salınan transın üst-başını yoxlayarkən qışqırtısı aləmi bürüyüb.

Səs-küydən Aytacın başına toplaşanlar biliblər ki, Aytacın qışqırmasının başlıca səbəbi rəis Vəli Şirinovun araçılıq etdiyi,Turqut Məmmədovun yanına gələn sən demə xanım deyil, kişi cinsi olan trans imiş və şmonşik Aytacın əli alayı yerə toxunubmuş!?

Həftənin bazar günü olduğundan və həmin gün Vəli Şirinov işdə olmadığına görə problemin çözülməsi rəis müavini dələduz İlqar Mirzəyevin üzərinə düşür.

Ona görə də İlqar Mirzəyev  Vəli Şirinova məruzə edir.

Translarin papası Ədliyyə Polkovniki Vəli Şirinov Turqutu və bu işə heç bir aidiyyatı olmayan, Orxan adlı həmyerlisini karsa atılması göstərisini verir və eyni zamanda  əlaltıları vasitəsilə zona  praqon verdirir ki, Orxanla Turqut "dava edib".

Hadisənin mahiyyətindən xəbərdar olan məhkumların hadisəni olduğu kimi zonda danışması, Vəli Şirinovun planlarını pozur.

Vəli Şirinov 1300 məhkumun iradəsinin əleyhinə olaraq Turqutu layiq olduğu üzdəniraqların içərisində deyil, ayrıca bir yerdə (pod somnenie) saxlatdırmaqdadir.

Faktla əlaqədar olaraq Turqut Məmmədovun atası İmişli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım hissəsində həkim kimi çalışan Asif Məmmədovla əlaqə saxladıq.

Asif Məmmədov fakları təsdiqlədi.

Mövzu diqqətimizdədir!
 
Rüfət Kamil