Bu gün:


PENİTENSİAR REPRESSİYALAR DAVAM EDİR!

Tarix: 19.12.2021 / 21:46  •   Oxundu: 238 dəfə  •  

Sumqayıt Şəhər sakini  Şahbazov  Lətif  Rizvan  oğlu  İDEAL-ın qaynar xəttinə (050-255-55-65) telefon açaraq oğlu Elxan Şahbazovun 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Mehman Əliyev tərəfindən ölümcül şəkildə döyülərək 30 gün karsda saxladıqdan sonra keçindiyini  "görüb" bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yatab etdirsə də heç bir tibbi yardım edilmədiyini və problemin ictimailəşdirməsini xahiş etmişdir.

Məhkum Elxan Şahbazov bu günə kimi öz Konstitusion hüquqlarını qaşıq və dəmir qırıntıları udmaqla bərqərar etsə də həmin əşyaları qəbul edəcək bağırsaqlarının tükəndiyini atası ifadə edir.

Yüzlərlə məhkum ailələrinin,məhkumların və eləcə də özümüzün apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, istər 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, istərsə də PXMM-in rəisi Mayıl Məmmədov və Baş həkim Nicat Cəlilovun dövlətə Xidmət fəlsəfəsi üzdəniraqların ("sanitar") əli və əməyilə qazanc əldə etmək,hamam suyunu məhkumlara satmaq, ağxalatlı tibb bacılarının bədənlərini məhkumlara hərraca çıxarıb pul qazanmalarından və.s, ibarətdir!

Hər gün fiziki işgəncələr nəticəsində MM-də 2-7 məfər arası məhkum dünyasını dəyişir.

Qanunsuzluq və dərəbəyliklər özünü hüquqi dövlət hesab edir!

Kasıb məhkumlar Tibbi yardım almaq haqlarını özlərinə əl qaldırmaqla nail olduqları halda, burjular və o cümlədən 8 nəfərin qətlində mühakimə edilərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş  Quliyev Şöhrət Məmməd oğlunun heç bir xəstəliyi olmadığı halda 8 aydır ki, hər ay üçün cinayətkar birliyin qara kassasına 5.000 (beş min) manat icarə haqqı ödəyib yüksək çinli rəis heyətini qabağında qarson kimi hərəkət etdirir!

Mövzu diqqətimizdədir və əlavə məlumat verəcəyik.

İnci Osmanqızı