Bu gün:


HƏYAT YOLDAŞI ƏRİNİN XİLASI ÜÇÜN İDEALDAN 3.000 İSTƏDİ...

Tarix: 21.12.2021 / 14:34  •   Oxundu: 179 dəfə  •  

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayan vətəndaş Şahbazova Elnarə Famil qızı Redaksiyamızda olmuş və həyat yoldaşı Elxan Şahbazova qarşı sərgilənən haqsızlıqlarla bağlı represiyaları sosiallaşdırılmasını xahiş etmişdir.

Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
 
“Həyat yoldaşım Şahbazov Elxan Lətif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsilə təqsirli bilinərək 8 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkməkdədir.

1 aydır ki, Həyat yoldaşım Elxan Şahbazov bizimlə telefon əlaqəsi yaratmadığı üçün narahat olub cəza çəkdiyi 12 saylı C.Ç.M-lə  əlaqə saxladıq. Müəssisədən bizə bildirdilər ki, Elxan Sizdən küsüb və əlaqə saxlamaq istəmir.

Lakin ötən gün həyat yoldaşım Elxan Şahbazov bizimlə əlaqə saxlayıb bildirdi ki: “1 aydir  karsdayam və karsda qollarımı arxadan ayaqlarımı isə öndən qandallayıb ”şkonka”ya bağlamışlar və özümdən gedənə kimi hər gün 3 dəfə döyüb fiziki həyatımı məhv etmək istəyirdilər. Artıq yeriyə bilmirəm canımnan əlləşirəm. Və bu gün onların üzərində qalmayım deyə məni Müalicə Müəssisəsinə etab edəcəklər..

Bu gün yenə də Elxan zəng etdi və bildirdi ki, karsda saxlanılıram və heç bir həkim müdaxiləsi yoxdur, ağrılarım pik həddədir baş həkim Nicat Cəlilovu yanıma çağırtdırıb, köməklik göstərməsini xahiş edərkən, 
 O : “sən elə bir vəziyyətdəsən ki, normal adam olmaqdan ötrü 3000 manat lazımdır.”...və s.

Ailədə heç birimiz işləmirik, qazanc yerimiz yoxdur. Ailə vəziyyətimiz çox pis durumdadır. Nicat Cəlilovun tələb etdiyi 3000 manatı verə bilmirik.Lakin buna baxmayaraq mənə və iki övladımıza Elxan mütləq lazımdır.

Çox xahiş edirəm. Dövlət hesabına Ədliyyə Naziri Pentensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədova və Baş həkim Nicat Cəlilova 3000 manat rüşvətin verilməsində kğməkliyinizi əsirgəməyin ki, Elxan ölməsin!”

P.S.İnkvizisiyanın başları mədələşmiş gestopollarının belə söz haqqını tanıyırıq.

Ardı var...

Rüfət  Kamil