Bu gün:


Rüşvətin ŞÖHRƏT tapdığı məkan

Tarix: 07.01.2022 / 22:09  •   Oxundu: 623 dəfə  •  

"Nur" restoranlar və supermarketlər şəbəkəsinin "boss"unun aylıq gəliri, eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mülaicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun və baş həkim Cəlilov Nicat Vidadi oğlunun aylıq qazancı Badamdarda yerləşən maşın bazarının bir illik qazancından qat-qat çoxdur.

Böyrək çatışmazlığından əziyyət çəkən, təbii ehtiyaclarını süni kapron borularla ifraz etməyə məhkum edilmiş 1992-ci il təvəllüdlü, 10 saylı cəzaçəkmə müəssisəsinin məhkumu Səmədli Leysan, gözləri polis bölməsində döyülərək çıxarılmış, yaşamaq riski sıfırla sıfır arasında olan Ceyhun Tağıyev və digərləri  tələb olunan rüşvəti ödəyə bilmədiklərinə görə bir həftədən artıq Mehdiyevin "priton"unda saxlanmadıqları halda, 8 nəfərin qətlində təqsirləndirilən, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş Quliyev Şöhrət Məmməd oğlu bir ildən artıqdır ki, Rəfail Mehdiyevin şəxsi obyektində kef edir.

Çünki onun oğlu, əvvəllər məhkəmə sistemində çalışmış Orxan Quliyev hal-hazırda atasının cinayət yolu ilə əldə etdiyi bazarlar, supermarketlər, o cümlədən Gəncə şəhərində yerləşən "Bakı" otelindən əldə etdiyi çirkli pullarını məhz dövlət adına çirkab atan iribuynuzlu prototiplərin aybaay ağızlarına tökdüyündən qanunlar atasına münasibətdə imtiyaza minir. Təkcə Şöhrət Quliyevin özünün məhkumlar arasında etdiyi etirafına görə, hər ay o Mayıl Məmmədova 7000 manat aylıq icarə haqqı ödəyir.

Digər bir məqam isə bundan ibarətdir ki, Qobustan qapalı tipli həbsxanasının rəisi, narkobaron Tahir Yusubov Şöhrət Quliyevin "şustryak"ı kimi məşhurlaşmışdır. Tahir Yusubov Şöhrət Quliyevin otağını təmir etdirir, plazma televizor, müxtəlif markalı soyuducular, kondisionerlər, mobil telefon və mətbəx avadanlıqları ilə təchiz etməklə yanaşı otağının təmizlik işlərində də özü bilavasitə iştirak edir.

Hakimiyyətdəki etibarlı mənbəmizin bildirdiyinə görə, Lotu Qulinin azadlığa çıxmasında vasitəçi olan yüksək çinli vəzifəli şəxs artıq Şöhrət Quliyevi də azadlığa çıxaracağının müqabilində 5000000 (beş milyon) manata ümumi razlılıq əldə edilmişdir.

35 ildir cəza çəkən Çingiz Paşayev, Əli Quliyev, İntiqam Qaibov və sairələrə azadlıq haqqı tanınmadığı halda 12 ildir ki, 8 nəfəri qətlə yetirmiş Şöhrət Quliyev azadlıq həvəsinə düşüb.

Polad Musayev