Bu gün:


XALÇANI TƏMİZ SAXLAYIN Kİ, FAKTLAR RÜŞVƏTİ ZİBİLLƏMƏSİN !

Tarix: 12.01.2022 / 20:54  •   Oxundu: 197 dəfə  •  

Polisin mahiyyətini bildiyimdən ən kritik anda belə onlara müraciət etməyi məğbul sanmamışam.

Bu səbəbdən də oğurluq cinayətini özüm açmağa qərar verdim və 4 günlük yuxusuz gecədən sonra, oğruları təsbit edə bildik və hadisəyə hüquqi qiymət verilsin düşüncəsilə hazır faktı 102 çağrı mərkəzinə xəbər verildi!?

Hadisə yerinə Səbail rayon cinayət axtarış şöbəsinin rəisi,müstəntiq  Şahmuradov və 5 nəfər ekspertizadan təşrif buyurdular. Elə çevik işləyirdilər ki, polis barədə  tomlarla bildiyim təkzibolumaz arqumenlər, mənfi düşüncələrim məni qınayırdı. Oğru başını və 8 nəfər dəstə üzvünü Səbail Polis İdarəsinə daşıdılar. Hətta içlərində Nihad adlı şəxsin "zloy" narkoman, atası Ruhullanı isə narkobaron kimi adını dövriyyəyə buraxmışdılar.

Mənzildən oğurlanmış əşyaları dərhal qaytaracaqlarına söz verilsədə, oğruların yaxınları belə mənzildən oğurlanmış əşyanı tanıdıqlarını və evlərində olduğunu etiraf etsələrdə Hacı Məmmədovun sələfləri bir gündən sonra oğruları sərbəst buraxmış və Azərbaycan qanunlarını bu dəfə 06 aylıq hamilə saxlamağa müvəffəq olmuşlar.

Bürokratik sabotajlarla bağlı etdiyim müraciətləri

Prezident Administrasiyası aidiyyatı orqanların üzərinə göndərir,audiyyatı orqanlarda tədbir görülməsi üçün oğruların ortaqlarına göndərir və bundan sonra xalçanın ilmələri öz hərəkət trayektoriyasını itirir.

Təkcə oğrulardan Fariz Həsənovun deyil,digərlərində səs kaybları,etiraf aktları olsa da dövləti-vətəndaşı rüşvətsiz, direktivsiz tanıyan hüquq mühafizə orqanı hələ ki, mövcud deyil.

Bu kimi faktlarla bağlı Baş Prokuror Kamran Əliyevə,Daxili İşlər Naziri Vilayət Eyvazova,Bakı şəhər Prokuroru İlqar Abbasova və digərlərinə dəfələrlə rəsmi müraciət etmişəm.

Görünəni budur ki,xalçaçının oğlunun dominantlığı daha geniş sferanı əhatə edib(r)....

Vətəndaş olaraq mənzil oğrularına lap fəxri ad, medal verilməsinin lehinəyəm.

Lakin,Dövlətimizi,onun qanunlarını 7300 manata satan poqonlu dəstənin qanun qarşısında cavab vermələrini sonuna qədər tələb edirəm və edəcəm!