Şəki Penitensiar Müəssisəsində Fərhad Fironluğu
Tarix: 28.01.2022 / 16:13 •
Oxundu: 1 031 dəfə •
Ölkədə qiymət artımı təkcə sosial problemlərlə bağlı deyil, eyni zamanda insan və vətəndaş hüquq və əsas azadlıqlarının deformasiyaya uğraması ilə müşayiət edilməkdədir.
Bu gün İDEAL redaksiyasına Naxçıvan Muxtar Respublikasının Qaraxanbəyli kənd sakini və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən Əhmədov Röyal Kərim oğlu eyni zamanda ikili vətəndaşlığı olan və 20 ildən artıqdır ki, Türkiyə Cümhuriyyətində yaşayan atası Əhmədov Kərim Əhməd oğlu telefon açaraq onlara yardım etmələrini xahiş etmişdir.
Məhkum Röyal Əhmədov ona qarşı törədilmiş cinayət faktları üzrə şikayət etmədiyi qurumun qalmadığını bildirir. Heç bir dövlət qurumundan müsbət nəticə görmədiyini və buna görədə məhkəməyə müraciət etdiyini bildirən Röyal Əhmədov bəyan edir ki, Şəki Penitensiar müəssisəsinin rəisi Fərhad Hüseynovla aralarında yaşanan problemin başlanğıcı Qobustan həbsxanasından yatab edilərkən yaranmışdırꓽ
“Karantindən zona buraxılmağım üçün 500 manat məndən pul aldı. Mənə verilmiş otaq bərbad olduğuna görə təmir etmək qərarına gəldim. Fərhad Hüseynov bildirdi ki, həmin otağı təmir etdirməkdən ötrü dobro almaq lazımdır. Ona görə də, əlavə 500 manata ehtiyac duyulur. Ardınca müxtəlif bəhanələrlə ümumilikdə məndən 2500 manat pul aldı. Onun qanundankənar tələblərini yerinə yetirib qutardıqdan sonra məndən yenidən əlavə pul istəyərkən çıxış yolunu intaharda gördüm. Ona görə məni karsa göndərdi. Karsda öz dəsmalımı uddum. Bundan sonra məni karsdan zona buraxıb və hər gün (2021 - ci ilin 01 yanvar 28 - dək) açıq havada lüt-üryan saxlatdırmışdı. Bu dəfə iki litrə yaxın xlor içdim, lakin ölmədim. Vəziyyətimin ağırlığını görən Fərhad Hüseynov Məni, “spec etab” kasıb məhkumların qətlə yetirildiyi ünvana-Bakı şəhəri Böyükşor qəsəbəsi, 8-ci köndələn, “Müalicə müəssisəsi” adlanan qəssabxanaya yatab etdirdilər. Qəssabxananın rəisi Mail Məmmədov Fərhad Hüseynovun göstərişinə uyğun olaraq məhkumlar vasitəsilə mənə təyziq etməyə başladı.Son nəticədə “kömək” edirmiş kimi xəbərim və razılığım olmadan hazırda işgəncə çəkdiyim 7- saylı cəzaçəkmə müəssisəsinə göndərmişlər. Özümdə bilmirəm nə etmişəm günahım nədir və məndən kimlərin qisası alınır?
Bu ölkədə penitensiar xidmətə nəzarət edə biləcək qurum yoxdurmu?
Azərbaycan Respublikasının qanunları hansı millətin vətəndaşları üçün keçərlidir???”
Mövzu diqqətimizdədir.
Materialı çapa hazırladıꓽ Sevinc Məmmədova
