QANQSTER CƏZA DEYİL, KEF ÇƏKİR.
Tarix: 02.02.2022 / 14:39 •
Oxundu: 255 dəfə •
Pentensiar Xidmətin Böyük Şor qəsəbəsində yerləşən “müalicə müəssiəsi” adlı məkanda insanlığa qarşı soyqırım siyasəti artan xətt üzrə davam etməkdədir. Hüquqsuzluq, kasıbçılıq ucbatından qətlə yetirilən onlarla məhkumun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş tibbi yardım almaq hüququ (Konstitusiyanın 41-ci maddəsi) tanınmadığı halda 11 nəfərin qətlində təşkilatçı olmuş bandanın başçısı ömürlük məhkum Quliyev Şöhrət Məmməd oğlu ikinci ildirki heç bir xəstəliyi olmadan müalicə müəssisəsində kef çəkir. Şöhrət Quliyeva sərgilənən imtiyazlı münasibət onun qanunları və məmurları əşya kimi alıb satması ilə bilavasitə bağlıdır. İDEAL- a telefon açan 26 ildir ki, Qobustan həbsxanasında cəza çəkən Hacıbalayev Akif Sabir oğlu dərman preparatlarının alınması üzrə yardım istədi.
-Bəs orda dərman verilmirmi?
-Akif Hacıbalayev: "Verilir ancaq pul veriləndə verilir"
Qanunlara insanlara xammal əşya münasibəti sərgiləyən Petensiar Xidmətin “müalicə müəssiəsi”nin rəisi Mayıl Məmmədov və baş həkim Nicat Cəlilov necə ola bilirki Pradonun, Lexusun bir neçə rəngini almağa gücü çatır, lakin dövlətin məhkumlara verdiyi dərman preparatlarını özlərinə verməyə cəsarətləri çatmır.
Demək olar ki, ölkədə hal-hazırda qanunla insanlıqla heç bir əlaqəsi olmayan bəşəri cinayətlər (Apartehid) məhz həmin ünvanda baş verir. Hüquqsuz və ümidsiz məhkumlar başlarına açılan müsibətlərlə bağlı ünvan axtarışındadırlar. Düşünürlər görəsən kimdən kimə şikayət edək.
P.S Bu sistemdə ictimaiyyətlə əlaqə şöbəsi yalana və talana xidmət etdiyindən qarşı tərəf olaraq mövqeyini dərc etməyə heç bir səbəb yoxdur.
Polad Musayev
