VƏTƏNDAŞIN PENİTENSİAR FƏRYADI
Tarix: 09.02.2022 / 14:57 •
Oxundu: 78 dəfə •
Ağdaş rayonu Pirəzə kənd sakini Əliyeva Məhruza İbrahim qızı Prezident İlham Əliyeva və İDEALMedia Groupu - na ərizə ilə müraciət etmişdir.
Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.
Mən əlil anayam. Yetmiş yaşım var. Həyat yoldaşım vəfat edib. Xəstəlikdən iki qızım və bir oğlum vəfat edib. Bir qızım və bir oğlum isə sağdır. Qızım ailəlidir. Məndən uzaq bir kənddə yaşayır. Oğlum Əliyev Əli Hacı oğlu isə səkkiz ildir ki həbs olunub. Çox hörmətli Nazim müəllim, yataq xəstəsiyəm və ağır formada əliləm. Oğlumun yanına gedə bilmirəm. Oğlum Əliyev Əli Hacı oğlu əvvəlcə Şəki şəhəri cazaçəkmə müəssiəsində cəzasını çəkib. Hal hazırda bir ildir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. Mən Sizdən xəstə,əlil, kimsəsiz bir ana kimi xahiş edirəm. Oğlumun Şəki şəhəri cəzaçəkmə müəssiəsinə qaytarılmasına kömək edəsiniz. Çox inanıram ki, mənim bu xahişimi nəzərə alacaqsınız. Əvvəlcədən Sizə minnətdaram.
P.S. Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi cənab Ceyhun Həsənov yəqin ki, ağsaçlı ananın müraciətini nəzərə alaraq və ona münasibətdə dövləti və qanunu tanıyacaq. Xəstə ananın övladı Əliyev Əli Hacı oğlunu rüşvət almadan 11 saylı narkotika bazarından, Fərhadın fironluq etdiyi Şəki Penitensiar xidmətinə köçrülməsi ilə bağlı göstəriş verəcək.
Mövzu diqqətimizdədir.


